Modern.az

Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı

15 Noyabr 2019, 22:46

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az "Trend" istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Kərimov Hacı Müzəffər oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi