Modern.az

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı

Xədicə İsmayılova

Aktual

16 Noyabr 2019, 20:01

Son günlər baş verən mühacir qalmaqalına görə, "Müsavat" rəhbərliyi istefaya çağırıldı.

Modern.az xəbər verir ki,  son qalmaqalla bağlı jurnalist Xədicə İsmayılova partiya rəhbərliyini istefaya çağırıb.


"Müsavat" rəhbərliyinə istefa verməsi barədə müraciətindən sonra Xədicə İsmayılova hücuma məruz qalıb. Onu sosial şəbəkələrdə təhqir etməyə başlayıblar.

"Müsavat" rəhbəri Arif Hacılı öz növbəsində jurnalistə “böhtan və şantaj” səbəbindən istefaya getməyəcəyini deyib.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu