Modern.az

İraq İranla sərhədi bağladı

İraq İranla sərhədi bağladı

16 Noyabr 2019, 21:23

İraq İranla sərhəddə yerləşən “Şalamçə” Nəzarət-Buraxılış Məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq bağlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran hər iki ölkədəki etiraz aksiyaları səbəbindən İraq hakimiyyətindən sərhədi bağlamasını istəyib.

Qeyd edək ki, noyabrın 15-də İranda yanacağın qiyməti bahalaşıb. Buna etiraz olaraq ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi