Modern.az

Bərdədə baş verən qəzada 4 nəfər yaralandı

Bərdədə baş verən qəzada 4 nəfər yaralandı

17 Noyabr 2019, 21:26

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Mirzəxan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI