Arxiv
18 Noyabr 2019, 19:00 | AKTUAL
Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır - Video

1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda ali təhsil ocağının 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır.

 

Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan müasir tədris şəraiti ali məktəbdə yerli kursantlarla yanaşı xarici dövlətlərdən olan kursantların da yüksək səviyyədə hərbi təhsil almasına əlverişli imkan yaradıb.

 

Son illər hərbi məktəb bir çox xarici dövlətlərin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi addımlar atıb. Məhz bu əlaqələrin nəticəsidir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xarici dövlətlərdən, xüsusilə Qırğızıstan, Tacikistan və Əfqanıstandan olan kursantlar təhsil alırlar. Həmin ölkələrin kursantları yerli kursantlarla bərabər nəzəri və praktiki dərslərdə elmi və hərbi biliklər qazanırlar. O cümlədən onlar simulyator zallarında atışların həyata keçirilməsi, artilleriya, aviasiya vasitələrinin və digər zirehli texnikaının, eyni zamanda döyüş əməliyyatlarının idarə olunması kimi vərdişlərə yiyələnirlər.

 

Qeyd edək ki, Ali Hərbi Məktəbdə kursantların elektron və kompüter siniflərində elmin son nailiyyətləri ilə tanış olması, idman zallarında fiziki hazırlıqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb.

 

Artıq Qazaxıstan və Özbəkistan da öz kursantlarının Azərbaycan Ali Hərbi Məktəbində gələcəyin yüksək ixtisaslı zabitləri kimi yetişməsi üçün müraciət edib.

 

Onu da bildirək ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq çərçivəsində bu gün, eyni zamanda azərbaycanlı kursantlar da dünyanın bir çox dövlətlərinin nüfuzlu ali hərbi məktəblərində təhsil alırlar. Bu əməkdaşlıq prosesi isə yalnız bir məqsədə - peşəkar zabit kadrların hazırlanmasına xidmət edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək 2 İyul 2020, 11:05 “Canavar yuvası” 2 İyul 2020, 11:01 Millimizin üzvünün axtarışa verildiyi qətlin TƏFƏRRÜATI: “Asfalta yıxaraq…” 2 İyul 2020, 10:57 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini TOPLADI 2 İyul 2020, 10:51 Mətbuat xidmətinin rəisi TƏLTİF OLUNDU 2 İyul 2020, 10:46 Azərbaycanda yeni magistral yolun tikintisinə başlanıldı 2 İyul 2020, 10:43 Bu dərsliklərin istifadə müddəti dəyişdirilir 2 İyul 2020, 10:40 Deputat: “Pandemiyaya baxmayaraq parlamentin işində boşluq yaranmadı” 2 İyul 2020, 10:37 Türk özünü qorumur, Tanrı türkü qorusun... 2 İyul 2020, 10:32 Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir 2 İyul 2020, 10:27 Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDI - ÖZƏL 2 İyul 2020, 10:21 DİM pulsuz onlayn sınaq imtahanı keçirir 2 İyul 2020, 10:18 Dərsliklərlə bağlı yeniliklər 2 İyul 2020, 10:13 İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46