Arxiv
19 Noyabr 2019, 15:57 | ÖLKƏ
“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI

“Siz məni yaman tez qabaqlayırsız. Yenə də çox sağ olun ki, maraqlanıb təbrik etdiniz”.

Bu fikirləri Modern.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunması xəbərinə münasibət bildirərkən deyib.


Sabiq Baş nazir adıçəkilən təhsil ocağının onun üçün doğma olduğunu xüsusi qeyd edib:


“Mənim ilk fəaliyyətim elə Azərbaycan Dillər Universitetindən başlayıb. Həmin universiteti də fərqlənmə ilə bitirmişəm. Ondan sonra 25 il orada çalışmışam. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdirinə kimi fəaliyyət göstərmişəm. Bu təhsil ocağı mənə çox doğma yerdir. Müəyyən vəzifələr içərisində pedaqoji sahənin mənim üçün çox önəmli yeri var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədov bu gün yeni vəzifəyə təyin olunub. N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor vəzifəsinə gətirilib.

Xəbəri Modern.az-a Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli təsdiqləyib.

Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Yeni prorektor sabah Universitetin kollektivinə təqdim olunacaq. 

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub. 
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub.
2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.
Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib.

2007-ci ildə  Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən minatəmizləmə ilə bağlı FƏRMAN 16 Sentyabr 2021, 16:10 Jurnalist ev dustaqlığına buraxılmadı 16 Sentyabr 2021, 16:00 Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı - VİDEO 16 Sentyabr 2021, 15:54 Hər iki doza vaksin vurduranların sayı 3 milyonu ötdü 16 Sentyabr 2021, 15:43 Yoluxma kəskin azaldı - 32 nəfər öldü 16 Sentyabr 2021, 15:38 Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında! 16 Sentyabr 2021, 15:36 Avropa Parlamenti Rusiyanı “1 nömrəli təhdid” ELAN ETDİ 16 Sentyabr 2021, 15:33 XTQ ilə bağlı memorandumun əhəmiyyətindən danışıldı 16 Sentyabr 2021, 15:33 “Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR 16 Sentyabr 2021, 15:30 Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi  16 Sentyabr 2021, 15:30 İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub 16 Sentyabr 2021, 15:27 Prezident yol təmirinə 5 milyon manat ayırdı 16 Sentyabr 2021, 15:22 Moskvada halal kəndlər yaradılır 16 Sentyabr 2021, 15:16 “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34
SORĞU Hansı vaksinə etibar edirsiniz?