Modern.az

“Azərsu”yun rəhbər şəxsləri bölgələrdə vətəndaşları qəbul ediblər - FOTO

“Azərsu”yun rəhbər şəxsləri bölgələrdə vətəndaşları qəbul ediblər - FOTO

Aktual

20 Noyabr 2019, 11:16

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər. 

 

Modern.az xəbər verir ki, noyabrın 18-də “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarından olan vətəndaşlarla görüşüb. Noyabrın 19-da isə sədr müavini Etibar Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarından olan sakinləri qəbul edib.  

 

Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyəti başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Qəbullarda Zərdab, Bərdə, Kürdəmir və Ucar rayonlarından 52 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir