Modern.az

Göygöldə yol qəzası: ağır yaralılar var

Göygöldə yol qəzası: ağır yaralılar var

20 Noyabr 2019, 17:28

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gəncə-Göygöl-Toğanalı yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil “Toyota Prado” markalı maşınla toqquşub. Qəza nəticəsində 1969-cu il təvəllüdlü Həsənova Məlahət Ağarza qızı və daha bir nəfər xəstəxanaya yerləşdirilib (apa).

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi