Modern.az

AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO

AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO

20 Noyabr 2019, 20:49

Futbol üzrə daha bir seçmə mərhələ başa çatdı. Azərbaycan millisi tarixində ən biabırçı nəticəni göstərərək seçmə mərhələni 1 xalla başa vurdu.

 

Modern.az  xəbər verir ki,  tanınmış telejurnalist İlkin Xəlilov  offsideplus.az saytında AFFA-nı sərt tənqid edib:

İndiyədək belə zəif göstərici ilk dəfə qatıldığımız seçmə tsikldə - AVRO-96-da qeydə alınmışdı. O zaman milli komandanın yeni formalaşması, beynəlxalq oyun təcrübəsinin yoxluğu, ev oyunları Bakıda yox, Trabzonda keçirməyimiz kimi amillər 1 xala müəyyən bəraət qazandırırdı.

Amma indi... AFFA illik 24 milyonluq büdcəyə malik olmasına, dövlətdən hər cür dəstək almasına baxmayaraq normal milli komanda yarada bilmir. Nə aşağı yaş qrupları üzrə yığmalarda nəticə var, nə də əsas millidə.

Azərbaycan seçmə mərhələdə 1 xal toplamaqla Avropanın 55 ölkəsi arasında yalnız San-Marino və Cəbəllütariqi qabaqladı. Hətta Andorra, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar belə, AVRO-2020-nin seçmə mərhələsində bizim yığmadan çox xal topladı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır