Modern.az

Şəhid adından istifadə edən dələduz AXTARILIR

Şəhid adından istifadə edən dələduz AXTARILIR

21 Noyabr 2019, 11:00

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

 

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

 

Sentyabrın 21-də şəhidin atası Yaqub Vahabov Xətai Rayonunun 36-cı polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Şəhid anası Rumiyə Vahabova Modern.az-a açıqlamasında əlaqədar təşkilatların bu məsələni diqqətdə saxlayacağına, oğlunun adından istifadə edən dələduzun tapılaraq cəzalandırılacağına ümid etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir