Modern.az

“Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov

“Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov

21 Noyabr 2019, 11:08

Noyabrın 18-də Rusiyanın Birinci telekanalının populyar "Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Qarabağ münaqişəsini” də müzakirə ediblər.

Müsahibədə K. Zatulin ermənipərəst mövqeyini bir daha ifadə edib, hətta Azərbycanın qondarma Dağlıq Qarabağı tanımalı olduğunu bildirib. Onun fikrincə, bunun əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i qaytarılmalıdır.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Modern.az-a açıqlamasında K. Zatulinin fikirlərini boş və mənasız adlandırıb. O qeyd edib ki, rus deputat hər zaman olduğu kimi, ermənipərəst mövqeyini ifadə edib:

“Bu şəxsə diqqət yetirməyə, onun dediklərinə hər hansı formada cavab verməyə ehtiyac yoxdur. Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə daha yaxşıdır. Çünki o hər zamankı kimi mənasız, ermənipərəst mövqeyini müdafiə edib. Hətta Zatulinin Rusiya Dumasında təmsil olunduğu komitənin sədri də müavininin ermənipərəst mövqeyini bilir və onu saymır.  Konstantin Zatulin Soçidən deputat seçilib, oradakı erməni biznesmenlərin köməyi ilə irəli çəkilib. Ermənilər istəyir ki, işğal etdikləri torpaqlar bölünsün, bir hissəsi Azərbaycana, bir hissəsi Ermənistana verilsin. Rus deputat da sadəcə havadarlarının fikirlərini təsdiq edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir