Arxiv
21 Noyabr 2019, 15:15 | AKTUAL
BMU-da beynəlxalq seminar keçirilir

Bakı Mühəndislik Universitetinin (BMU) və Milli Erasmus + Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, seminarda Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

 

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Rektor Prezident cənab İlham Əliyevin görülən işlərin davam etdirilməsi məqsədilə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na toxunub. Bildirib ki, sənədin əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Eyni zamanda, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi də proqramın mühüm prioritetlərindəndir.

 

H.Məmmədov Avropa İttifaqının maliyyələşdirdiyi TAM-ın əsas məqsədinin milli və ya yerli səviyyədə mədəniyyətin idarə olunması ilə bağlı davam edən təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılmasına, həmçinin həyata keçirilməsinə kömək etmək olduğunu bildirib. Rektor qeyd edib ki, təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə digər ali təhsil müəssisələri ilə sazişlər bağlamaq, assosiasiyalar yaratmaq, universitetin beynəlxalq arenaya açılmasına, eləcə də beynəlxalq təcrübədən yararlanmaqla tədrisi inkişaf etdirməyə şərait yaradır. Professor H.Məmmədov çıxışında BMU-da beynəlxalq təcrübənin öyrənilməsi üçün görülən çoxşaxəli  işlərdən bəhs edib, eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün beynəlxalq akkreditasiyadan keçməyin böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

 

Milli Erasmus + Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycanda yaranma tarixindən və önəmindən danışıb. 

 

Layihənin rəhbəri, BMU-nun Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Sevil İmanova TAM layihəsi çərçivəsində təşkil olunan seminar haqqında ətraflı məlumat verib. 

 

İspaniyalı professor, xanım Cecila Ruiz Esteban Avropa ali təhsil bölgəsində keyfiyyətin təminatı haqqında danışıb və Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün tövsiyələrini verib. O, Avropa İttifaqına qoşulan universitetlər, proqramlar və universitetlərə ayrılan maliyyə yardımlarından söz açıb, müəllim və tələbələrin bu layihələrdə  iştirakını müsbət qiymətləndirib. 

 

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, ikigünlük seminarda ispaniyalı professor Cecila Ruiz Estebanın “Ali təhsil müəssisələrinin akkreditasiya standartları ilə daxili keyfiyyətin təminatı arasında uyğunluq-qarşılıqlı əlaqə” və “Milli çərçivədən beynəlxalq akkreditasiyaya” mövzularında təqdimatları dinləniləcək, birgə müzakirələr aparılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik Bakı ilə yanaşı digər şəhər və rayonlarda da nöqsanlar aşkarladı 14 İyul 2020, 11:47 Qubada futbol oynayanlar cərimələndi 14 İyul 2020, 11:41 Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54