Modern.az

Mövludun mübarək, Həsən Məmmədov!

Mövludun mübarək, Həsən Məmmədov!

21 Noyabr 2019, 23:30

Səni sevməmək günahdır, sən eşqin fövqündə duran insansan. Çox “mən”lər gəlib-gedəcək, sən daim yaşayacaqsan. Bilirəm, sən də İNSAN olmusan, özünə məxsus səhvlərin də olub, amma sən "SƏN” olmusan, sənin yerini heç kim verə bilməz...

Salyanda doğulmuşdun, amma ölkə hüdudlarına sığmayan sənətkar idin. Fələyin gözü kor olsun, səni də görmədi. Səni təkcə Azərbaycan yox, bütün dünya tanımalıydı...

Doğuldun, yaşadın və bir gün də getdin...

Bu millətə “Dədə Qorqud”un kim olduğunu anlatmağa çalışdın, komsomol “Bəxtiyar”ı sevdirdin, “Abbasqulu ağa”nı bu millətə nümunə göstərdin. Hələ bu harasıdır, onlarla obraza girib, insanlığın ali səviyyəsini nümayiş etdirdin...

Bilirsən nə var, elə düşünmə ki, dünya dəyişib. Bir-iki nümunədən başqa, bu dünyada maraqlı bir şey qalmayıb, ustad...

Görəsən. Dünyanın o tayından məni eşidən varmı? Onlara deyirəm- Ey günahları bağışlanan və ya bağışlanmayan insanlar, siz olduğunuz yerdə bir azərbaycanlı da var- Həsən Məmmədov. Bu tayda yaşayan azərbaycanlılar onu çox sevirlər. O, bizim qəlbimizdə hələ də yaşayır. Adı çəkiləndə, rəhmət diləyirik...

22 noyabr 1938-ci ildə dünyaya gəlmişdi. Cəmi 64 il yaşadı. 16 ilildən yüksəkdə dururdir ki, aramızda yoxdur. Amma “yaşamaq” dediyimiz feildən yüksəkdə durur. Çünki o, yaşamır, o, həyatın özüdür...

Mövludun mübarək, Həsən Məmmədov!


Elman Eldaroğlu,
[email protected]

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir