Arxiv
22 Noyabr 2019, 14:49 | HADİSƏ
Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ

“Bu gün (dünən-red.) YAP-ın yaranmasının 27-ci ildönümü ilə əlaqədar Mərkəzi Aparatın akt zalında tədbir keçirildi. Təəssüf hissi ilə qeyd edirəm ki, tədbirdə partiyanın yaradılmasında xidmətləri olmuş “91-lər” yad edilmədilər. Altı nəfər çıxışçıdan heç biri YAP-ın yaranmasında xidmtləri olmayan insanlar idi. Bu yubiley tədbirində ilk növbədə 1992-ci ilin oktyabrından 1993-cü il iyunun 15-nə kimi olan tarixdə YAP-ın yaranmasında xidməti olanlar danışmalıydı..”.

 

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayev sosial şəbəkədə narazılığını ifadə edərkən bildirib.


M.Musayev YAP-da da islahata ehtiyac olduğunu vurğulayıb:

“Mən dəfələrlə demişəm, bu gün də təkrar edirəm: YAP-da təcili islahatlar aparılmalıdır, Mərkəzi Aparatdakı ab-hava kökündən dəyişilməlidir! 2000-ci, 2001-ci ildə anadan olan uşaqları tribunaya çıxarıb 27 illik tarxi olan partiyadan danışdırmağa nə ad vermək olar? Xahiş edirəm ki, tədbirin  təşkilatçıları papaqlarını qarşılarına qoyub fikirləşsinlər! Bu partiya ulu öndərin yadigarıdır!”

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı YAP-ın icra katibinin müavini Siyavuş Novruzovla əlaqə saxlyıb.

 

O, bu fikirlərin yanlış olduğunu bildirib.

 

“Dünən keçirilən tədbirlə bağlı həyatda olan “91-lər”in hamısına dəvərtnamə göndərilmişdi. Musa Musayev özü də tədbirdə iştirak edib, bu fikirləri səsləndirən insan tədbirdə olubsa, başqa nə demək olar? Ümumiyyətlə, Musa Musayev “91-lər”dən deyil axı! “91-lər”in siyahısına baxanda da görmək olur ki, Musa Musayev onlardan deyil”.

 

Siyavuş Novruzov qeyd edib ki, o, şəxsən “91-lər”dən ən azı 10 nəfərin tədbirə qatıldığını görüb.

 

“Ad çəkmək gərəkirsə, Eldar İbrahimov, Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Şahlar Əsgərov, Südeyif İmamverdiyev, Əli Əhmədov, Hacıbala Abutalıbov, Vilayət Əliyev, Kərim Kərimov, Munis Bayramov, Rafiq Məmmədhəsənovu deyə bilərəm. Çünki mən “91-lər”in hamısını adbaad tanıyıram. Musa Musayevə gəlincə, o, Mərkəzi Aparatın keçirdiyi bütün tədbirlərdə  iştirak edir”.

“91-lər”dən tədbirdə heç kimin çıxış etməməsinə gəlincə, S.Novruzov bu məsələdə də Musa Musayevi təkzib edərək, Əli Əhmədovu misal göstərib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO 22 Yanvar 2020, 13:56 Yunanıstanda ilk dəfə qadın prezident seçilib - Səsvermə ilə 22 Yanvar 2020, 13:50 Ziyafət Əsgərov Astarada seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 13:44 Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 13:40 Deputatlığa namizəd Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını Vətən tarixi təşkil edir 22 Yanvar 2020, 13:37 AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir 22 Yanvar 2020, 13:36 Seçki təxribatçıları necə ifşa olundu - VİDEO FAKT 22 Yanvar 2020, 13:30 Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçiriləcək 22 Yanvar 2020, 13:24 Sabahın hava proqnozu AÇIQLANDI 22 Yanvar 2020, 13:17 Təhsil Nazirliyi Dağıstandakı soydaşlarımızın dərslik probleminə TOXUNDU 22 Yanvar 2020, 13:12 9659 fermerin torpaq sənədləri peykdən yoxlandı 22 Yanvar 2020, 13:06 Dadaş Dadaşlinskinin müsahibələrindən maraqlı anlar – I HİSSƏ - VİDEO 22 Yanvar 2020, 13:00 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 12:55 Məntəqəyə girən seçicinin telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur 22 Yanvar 2020, 12:50 Azərbaycanda ruhi xəstəni öldürüb kanala atdılar 22 Yanvar 2020, 12:43 Ermənistanda “qanuni oğru”lara qarşı qanun qəbul olundu 22 Yanvar 2020, 12:36 Bakıda daha bir metrostansiya tikilir - hazırlıqlar başladı 22 Yanvar 2020, 12:30 Ləman Ələşrəfqızı Oğuzun kəndlərində görüşlər keçirib - FOTO  22 Yanvar 2020, 12:24 Kirayə mənzillərin satışında problem YARANDI 22 Yanvar 2020, 12:18 Aptek işçiləri narkotik satarkən saxlanıldılar 22 Yanvar 2020, 12:12 Sosial şəbəkələrin məşhurlaşdırdığı SİMALAR 22 Yanvar 2020, 12:05 Jalə Əliyeva kənd sakinləri ilə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 12:00 İnsanların sonuna çıxan XƏRÇƏNG  - Dünyada və Azərbaycandakı acı vəziyyət - STATİSTİKA 22 Yanvar 2020, 11:57 Şəkidə azyaşlı oğlan itkin DÜŞDÜ 22 Yanvar 2020, 11:50 Parlament seçkilərində bir yerə 10-12 namizəd mübarizə aparır - MSK sədri  22 Yanvar 2020, 11:45 Az namizəd fərqli təbliğat forması tətbiq edir - ekspert 22 Yanvar 2020, 11:40 Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfər var 22 Yanvar 2020, 11:35 "Azərbaycan islahatlara açıq ölkədir" - Əli Əhmədov 22 Yanvar 2020, 11:29 Trampın impiçmenti: Senatda yekun səsvermə BAŞLAYACAQ 22 Yanvar 2020, 11:23 Məzahir Pənahov: “Parlament seçkiləri ilə bağlı 32 müraciət daxil olub” 22 Yanvar 2020, 11:18 Bakının bu rayonunda su kəsiləcək 22 Yanvar 2020, 11:13 DİM əlilələrlə bağlı təlimat hazırladı 22 Yanvar 2020, 11:07 Diaspor nümayəndələri deputatlığa namizədlərə müraciət etdi 22 Yanvar 2020, 11:00
SORĞU Yeni parlamentdə kimlər olsun?