Modern.az

Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB

Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB

22 Noyabr 2019, 15:56

Milli Məclisin İnsan hüquqları komitəsi Ombudsman vəzifəsinə yeni namizədlərin müzakirəsini yekunlaşdırıb.

Modern.az xəbər verir ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi müzakirə olunub.  

Komitə müzakirəni yekunlaşdırandan sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Plenar iclas noyabrın 25-də keçiriləcək.

***

Milli Məclis Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlərin müzakirəsinə başlayıb.

Modern.az-ın məlumatına görə, hazırda müzakirələr parlamentin İnsan hüquqları komitəsinin iclasında  aparılır.

İclasda Ombudsman vəzifəsinə namizədliyi irəli sürülən 3 nəfərin məsələsinə baxılır.

Namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

Bunlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.  

İnsan hüquqları komitəsində müzakirə yekunlaşdıqdan sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.  

 
Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır. 82 yaşlı Elmira Süleymanovanın Ombudsmanlıq müddəti 1 il öncə başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi