Arxiv
22 Noyabr 2019, 19:50 | AKTUAL
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub 

Azərbaycan bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) donor ölkələr icmasına qoşulmaqla Bankla tərəfdaşlığını daha da möhkəmləndirib.

 

AYİB-dən Modern.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2 milyon ABŞ dolları dəyərində qrantı ölkə iqtisadiyyatını diversifikasiya etməyə kömək etmək, qeyri-neft sektorunda özəl bizneslərin inkişafını təşviq etmək, innovasiya imkanlarını genişləndirmək və ixrac potensialını artırmaq üçün müxtəlif sektorlarda AYİB-in layihələrinə dəstəyi təmin edəcək.

 

AYİB-in prezidenti Suma Çakrabarti və Azərbaycanın Baş Naziri Əli Əsədov AYİB-in Londondakı baş qərargahında keçirilən ilk “Şərq Tərəfdaşlığı” İnvestisiya Sammitində vəsaitin ayrılması üçün müvafiq saziş imzalayıblar.

 

Məlumatda bildirilir ki, AYİB Azərbaycanda qabaqcıl institusional investorların biri olmaqla iqtisadiyyatın diversifikasiyası və özəl sektorun inkişafı istiqamətində edilən səyləri dəstəkləməyi diqqət mərkəzində saxlayır.

 

Azərbaycanın öhdəliyinə götürdüyü yeni vəsait innovasiya və yeni texnologiyaların, regionların inkişafının, eləcə də enerji səmərəliliyini artıran layihələrdə dayanıqlı və bərpa olunan enerjinin təşviq edilməsi məqsədilə xüsusilə kənd təsərrüfatı sektorunda olmaqla, Kiçik və Orta Sahibkarlıq subyektlərinə və qadınların təsis etdiyi bizneslərə kömək etmək üçün istifadə olunacaq.

 

Qrantlar nəqliyyat və bərk tullantıların idarə edilməsi kimi şəhər infrastrukturu sahəsində konsaltinq layihələri və investisiyalara, həmçinin, Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirmək üçün strateji göstərişlər təmin etmək istiqamətində siyasət islahatlarına dəstəyi təmin edəcək.

 

Vəsait investisiya qrantları, təşviqedici ödənişlər və risklərin bölüşdürülməsi vasitələri formasında ayrıla bilər.

 

Məlumatda o da qeyd olunur ki, AYİB indiyədək Azərbaycanda 168 layihəyə 3,3 milyard avro vəsait ayırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI 25 Yanvar 2020, 12:59 Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27 Deputatlığa namizədlərin SAYI... 25 Yanvar 2020, 12:16 Polis 34 şübhəlini saxladı 25 Yanvar 2020, 12:03 Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” 25 Yanvar 2020, 11:52 Koronavirus sürətlə dünyaya yayılır – Beynəlxalq Fövqəladə vəziyyət oluna bilər 25 Yanvar 2020, 11:33 Azərbaycanda SİBİR SOYUQLARI - 19 dərəcə şaxta olub, qar örtüyü 30 sm-a çatıb  25 Yanvar 2020, 11:18 Naqif Həmzəyev Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb - VİDEO 25 Yanvar 2020, 11:15 Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR 25 Yanvar 2020, 11:10 Bakı sakini Belarus arağından zəhərləndi 25 Yanvar 2020, 11:08 Fəzail Ağamalı 2 kəndin sakinləri ilə görüşdü - VİDEO 25 Yanvar 2020, 10:59 Xırdalanda bu gün işıq kəsiləcək 25 Yanvar 2020, 10:45 Azərbaycanın tarixi və mədəniyyət abidələri “bərpa” etmək adı altında “erməniləşdirilir” - BƏYANAT 25 Yanvar 2020, 10:30 Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR 25 Yanvar 2020, 10:23 Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR 25 Yanvar 2020, 10:12 Naftalan sakini qidadan zəhərlənərək ölüb 25 Yanvar 2020, 10:05 Nazirlik 40 mindən çox şəxsə elektron qaydada müavinət təyin olunub 25 Yanvar 2020, 09:55 Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var 25 Yanvar 2020, 09:46 Kənd sakinlərinin icra başçısından 4 xahişi - FOTOLAR 25 Yanvar 2020, 09:39 Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də   25 Yanvar 2020, 09:30 Ermənilər Baş Qərvəndi atəşə tutdu 25 Yanvar 2020, 09:25 Yerə nəhəng asteroid yaxınlaşır - TƏHLÜKƏ 25 Yanvar 2020, 09:07 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB 25 Yanvar 2020, 08:54 Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46
SORĞU Yeni parlamentdə kimlər olsun?