Modern.az

YAP-ın təcili iclasına çağırılan şəxslərin tam SİYAHISI

YAP-ın təcili iclasına çağırılan şəxslərin tam SİYAHISI

28 Noyabr 2019, 09:47

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək.

Partiyadan Modern.az-a verilən məlumata görə, iclas saat 11-də başlayacaq.

Hələ ki iclasın gündəliyi açıqlanmayıb.

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Siyasi Şuranın iclasının yekunları ilə bağlı saat 15.00-da mətbuat konfransı keçirəcək.


Qeyd edək ki, hazırda YAP-ın Siyasi Şurasında 85 nəfər, İdarə Heyətində 20 nəfər təmsil olunur.

Modern.az saytı Siyasi Şura üzvlərinin siyahısını təqdim edir:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri


İsmət Abasov - təqaüdçü 


Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri


Rövnəq Abdullayev - Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti


Vaqif Abdullayev - müvəqqəti işləmir


Fatma Abdullazadə - təqaüdçü 


Yevda Abramov - Milli Məclisin deputatı


Hacıbala Abutalıbov - təqaüdçü


Elnur Aslanov - müvəqqəti işləmir


Hüseynqulu Bağırov - müvəqqəti işləmir


Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini


Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri


Yaqub Eyyubov - Baş nazirin birinci müavini


Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 


Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi


Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri


Sədrəddin Əkbərov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi


Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri


Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru


Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 


Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini 


Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı


Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini 


Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru


Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri 


Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini


Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri


Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru


Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri


Oqtay Əsədov - Milli Məclisin sədri 


Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru


Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı


Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru


Ziyafət Əsgərov - Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri


Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı


Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi


İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın birinci vitse-prezidenti


Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri


Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini


Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri


Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri


Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri


Vaqif Hüseynov - müvəqqəti işləmir


İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru


Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri


David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri


Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri


Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri


Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri


Nazim İsmayılov - Saatlı rayon İcra Hakimiyyətinin başçısı


Süleyman İsmayılov - Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri


Mirkazım Kazımov - Milli Məclisin deputatı, «Qasid» firmasının prezidenti


Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri


Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru


Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini


Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü 


Musa Quliyev - Milli Məclisin deputatı


Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri


Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini


Yaqub Mahmudov - Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru


Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 


Abel Məhərrəmov - akademik


Rafiq Məmmədhəsənov - Milli Məclisin deputatı 


Novruz Məmmədov - təqaüdçü


Ramin Məmmədov - YAP Gənclər Birliyi sədrinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini


Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı


Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 


Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru


Aydın Mirzəzadə - Milli Məclisin deputatı


Bahar Muradova - Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri


Musa Musayev - müvəqqəti işləmir


Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini


Zeynal Nağdəliyev - Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri


Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini


Seymur Orucov - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri


Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri


Hadı Rəcəbli - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri


Arif Rəhimzadə - Milli Məclisin Regional Məsələlər komitəsinin sədri


Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru


Dilarə Seyidzadə - Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi 


Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini


Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri


Rizvan Vahabov - müvəqqəti işləmir


Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı


Mixail Zabelin - Milli Məclisin deputatı

***

YAP-ln İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunur:
 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov - təqaüdçü

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir