Modern.az

Bakıda polisin saxladığı şəxs özünü doğradı

Bakıda polisin saxladığı şəxs özünü doğradı

Hadisə

28 Noyabr 2019, 22:01

Bakıda ictimai asayişi pozan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 26-da saat 23 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində Ağcabədi rayon sakini, əvvəllər soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərinə görə məhkum olunan F.Həsənov ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib. Şəxsi axtarış zamanı ondan 1 ədəd bıçaq aşkar edilərək götürülübş və sərxoş halda olması müəyyən edilib.

Şöbədə F.Həsənov ağzında gizlətdiyi lezviya ilə özünün sağ qol nahiyəsinə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən həkim briqadası çağırılıb və ona zəruri tibbi yardım göstərilib. Toplanmış material Sabunçu rayon prokurorluğuna göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir