Arxiv
2 Dekabr 2019, 18:10 | AKTUAL
Nazir Türkiyənin Əmniyyət Genel Müdirini qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Əmniyyət Genel Müdiri Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Daxili İşlər Nazirliyinindən Modern.az verilən məlumata görə, nazir Mehmet Aktaşı Emniyet Genel Müdiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, xidməti fəaliyyətində ona uğurlar arzulayıb.

 

İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi kökə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik V. Eyvazov müstəqilliyini əldə etdikdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

 

Nazir dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyada bir nümunə olduğunu Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin DİN-ləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib.

 

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazanıldığını nəzərə çatdıran nazir V. Eyvazov  bu sahədə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Emniyet Genel Müdirliyinin və Jandarm Komandanlığının rolunu, xidmətlərini məmnunluqla xatırladıb, buna görə Mehmet Aktaşın şəxsində Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

 

Daha sonra o, Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, həmçinin ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitliyin, əmin-amanlığın etbarlı şəkildə qorunması barədə məlumat verib.

 

Problemlərə toxunan Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin  qanunsuz dövriyyəsi və  qeyri-qanuni miqrasiya ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını, qlobal xarakter almış terrorçuluğun bütün forma və təzahürlərinin tərəfimizdən də kəskin şəkildə qınandığını, belə təhlükələrə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

 

Türkiyə Əmniyyət Genel Müdiri Mehmet Aktaş ölkəsinin Daxili İşlər naziri Süleyman Soylunun salamlarını general-polkovnik Vilayət Eyvazova çatdıraraq, qısa zaman kəsiyində Azərbaycanın qürur duyulacaq səviyyədə möhtəşəm inkişaf yolu keçməsindən, əlaqələrimizin günbəgün genişlənməsindən məmnunluğunu ifadə edib. O, deyib ki, dost və qardaş dövlətlərimiz dünyada və bölgədə sülhün və ədalətin bərqərar edilməsinə, əmin-amanlığa və ictimai təhlükəsizliyə ciddi təhdid olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir.

 

M. Aktaş iki ölkənin müvafiq orqanları arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın  və ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirib. 

 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Qəbulda Türkiyə səfiri Erkan Özoral da iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13 “Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva 14 Dekabr 2019, 14:51 Metroda UNEC tələbələrinin sərgisi keçiriləcək 14 Dekabr 2019, 14:34 Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı 14 Dekabr 2019, 14:20 Toy karvanından çıxan maşın qaz şkafına girdi - əhali qazsız qaldı 14 Dekabr 2019, 13:56 Ərdoğan Qənirə Paşayevanın şeirini OXUDU 14 Dekabr 2019, 13:33 Azərbaycanlı olimpiya ÇEMPİONLARI – onlar indi nə işlə məşğuldurlar? 14 Dekabr 2019, 13:13 Bazar gününün HAVA PROQNOZU 14 Dekabr 2019, 12:56 Qarabağın azərbaycanlı icması Avropanın 751 deputatına SƏSLƏNDİ 14 Dekabr 2019, 12:37 İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır” 14 Dekabr 2019, 12:22 Goranboyda uşaqlar arasında musiqi yarışması keçirildi - FOTOLAR 14 Dekabr 2019, 11:58 Qələmin gücü paklıq prinsipinə məğlub oldu 14 Dekabr 2019, 11:42 Parlamentlərarası Dostluq qrupunun rəhbəri ABŞ Senatının qətnaməsini pislədi 14 Dekabr 2019, 11:42 Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək 14 Dekabr 2019, 11:33 Baş Nazir yeni Fondla bağlı qərar VERDİ 14 Dekabr 2019, 11:22 Polis 31 şübhəlini SAXLADI 14 Dekabr 2019, 11:16 Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi   14 Dekabr 2019, 11:07 Paytaxtda avtobus QƏZASI: yaralananlar var 14 Dekabr 2019, 10:58 Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi 14 Dekabr 2019, 10:53 ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova 14 Dekabr 2019, 10:42 Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56