Modern.az

Halı pisləşən tələbə qızlarla bağlı yeni AÇIQLAMA

Halı pisləşən tələbə qızlarla bağlı yeni AÇIQLAMA

Hadisə

3 Dekabr 2019, 11:26

Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həiqəti əks etdirmir.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə BDU-nun yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib.

 

Bildirilib ki, xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir.

***

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən (SN) Modern.az-a verilən məlumata görə, tələbələrin səhhətinin pisləşməsi barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub:

“Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır”.

Rəsmi məlumata görə, hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir