Modern.az

Piyada yol qəzasının qurbanı oldu

Piyada yol qəzasının qurbanı oldu

3 Dekabr 2019, 22:09

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magitral yolunun rayonun Xıdırlı kəndinin ərazisindəki körpü yaxınlığında qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlu yolda gedən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!