Arxiv
4 Dekabr 2019, 12:39 | ANALİTİKA
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislava görüşü başlamadan nəticəsiz qalıb” - ŞƏRH

Bu gün Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilir.

Modern.az xəbər verir ki, bu, iki ölkənin xarici işlər nazirlərinin 2019-cu ildə 5-ci görüşüdür. Əvvəlki 4 görüşdən nəticə əldə edilməyib.

Görüş barədə fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Bratislava toplantısından əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini ATƏT-in Nazirlər Şurasına təqdim edib:

“Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala qon qoyulmalıdır. Sənəddə bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir: “Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.

Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayınlanması o deməkdir ki, Azərbaycanın Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək. Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb”.


E.Şahinoğlu xatırladıb ki, Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəldi. Orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşdü:

“Bu azmış kimi Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” birgə görüş keçirdi. Paşinyan Xankəndidə Mailyanla görüşmüşdüsə, bir gün sonra onu yenidən niyə İrəvana çağırdı? Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişə və fikir ayrılığı yoxdur, separatçılar onunla hesablaşırlar.

İkinci səbəbi isə odur ki, Paşinyan “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavadakı görüş başlamadan nəticəsiz qalıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56 Mübariz Mənsimov  “ölüm orucu”nu dayandırdı 30 mart 2020, 23:37 Koronavirus daha bir ölkəyə yayıldı 30 mart 2020, 23:21 Habil Əliyevin qızı koronavirusa YOLUXUB:Hazırda sistem altındayam 30 mart 2020, 23:12 Ərdoğan koronavirusla mübarizə kampaniyasına başladı: 7 aylıq maaşını bağışladı 30 mart 2020, 23:04 “QHT-lər Şuranın çağrışına hamılıqla dəstək verdi” – Fərasət Qurbanov 30 mart 2020, 22:52 Gürcüstanda koronavirusa 103  nəfər yoluxdu 30 mart 2020, 22:35 “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” - İbrahim Məmmədov 30 mart 2020, 22:18 Cəbhədə erməni təxribatının növbəti dəfə qarşısı alınıb - DSX 30 mart 2020, 22:04 İtaliyada koronavirusdan daha 812 insan öldü 30 mart 2020, 21:51 Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu 30 mart 2020, 21:33 Nazir koronavirusa görə maliyyə yardımının şərtlərini AÇIQLADI 30 mart 2020, 21:23 KİV  xüsusi karantin rejimində də işləyəcək 30 mart 2020, 21:06 "İmkansız vətəndaşlar dövlətin himayəsindədir" - İbrahim Məmmədov  30 mart 2020, 20:51 Trampla Putin koronavirusu müzakirə etdi 30 mart 2020, 20:43 Azərbaycanda YENİ QADAĞALAR: küçəyə çıxmaq məhdudlaşdırıldı 30 mart 2020, 20:43 İnsanlar yalnız yaxın market və apteklərə gedə biləcək 30 mart 2020, 20:31 Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb 30 mart 2020, 20:01 Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57 “Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə  30 mart 2020, 18:44 Goranboyda dezinfeksiya və maarifləndirmə tədbirləri davam edir - FOTO 30 mart 2020, 18:35 Avstriyadakı azərbaycanlılarla bağlı səfirlikdən SON MƏLUMAT - VİDEO 30 mart 2020, 18:26 Rusiya neftinin 1 bareli 16 dollara satılır 30 mart 2020, 18:17 Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ 30 mart 2020, 18:10 Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU 30 mart 2020, 18:01 Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək 30 mart 2020, 17:55 İlham Əliyev fərman imzaladı 30 mart 2020, 17:50 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi 30 mart 2020, 17:45 “Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı 30 mart 2020, 17:40 Dolların sabaha olan MƏZƏNNƏSİ 30 mart 2020, 17:33 “Bibiheybət yolu"nda bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb - FOTO 30 mart 2020, 17:30 Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı 30 mart 2020, 17:26 Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü 30 mart 2020, 17:20 Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçəcək 30 mart 2020, 17:15 Tramp bu gün Putinə zəng edəcəyini AÇIQLADI 30 mart 2020, 17:14