Modern.az

NATO baş katibindən ETİRAF: “Türkiyə əhəmiyyətli bir müttəfiqdir”

NATO baş katibindən ETİRAF: “Türkiyə əhəmiyyətli bir müttəfiqdir”

4 Dekabr 2019, 12:41

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İŞİD-lə mübarizə edən ölkələr arasında ilk sırada yer aldığını vurğulayıb.

 

Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.

 

Stoltenberq görüş zamanı “Türkiyə İŞİD-ə qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi”-  deyə fikir səsləndirib.

 

Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu qeyd edən Stoltenbergin sözlərinə görə bunu görmək üçün sərhədə nəzər salmaq kifayətdir:

 

“Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...