Modern.az

Məzun: “Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”

Məzun: “Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”

5 Dekabr 2019, 12:36

İskəndərli Nəcəf İskəndər oğlu 2017/2018-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasını bitirən ilk məzunlarından biridir.

Modern.az xəbər verir ki, Nəcəf İskəndərli Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin Analitik şöbəsinin inspektoru vəzifəsində çalışır, gömrük xidməti kiçik leytenantıdır. Hazırda o, Şimal ərazi Baş Gömrük İdarəsinin Şirvanlı gömrük postuna təhkim olunub. Tələbəlik müddətində Akademiyada, həmçinin Akademiyadan kənar respublika və beynəlxalq səviyyəli elmi, sosial və mədəni tədbirlərdə fəal iştirak edib. Akademiyanın  Tələbə Gənclər Təşkilatının üzvü olub. İlk sualımız da bununla bağlı oldu.

 

Nəcəf, siz təhsil müddətində tədbirlərdə fəal iştirak edən tələbə olmusunuz. Akademiyadakı tələbə həyatı və təhsil haqda nə deyə bilərsiniz?

Akademiyada tələbə həyatı çox maraqlıdır, həm də xüsusi nizam-intizamla seçilir.  Akademiyadakı təhsil yüksək səviyyədədir, müəllimlərə dərin minnətdarlığımı bildirirəm və sevinirəm ki, savadlı müəllimlərdən dərs almışam. Onu deyə bilərəm ki, Akademiyanın bütün müəllim heyətinin savadı, tələbələrlə davranışları yüksək səviyyədədir, tədris prosesində nizam-intizamın öyrədilməsi də hal-hazırkı iş rejimimdə çox böyük rol oynayır.

 

Gömrük xidmətində çalışmaq sizin üçün nədir?

Gömrük xidmətində çalışmaq mənim üçün xalqa, millətə layiqli dövlət qulluqçusu olmaqdır. Bununla yanaşı, arzularımın gerçəkləşməsi,  bir sözlə desəm, şərəfdir.

 

Gömrük xidmətində çalışmağınızda Akademiyanın rolu barədə nə deyə bilərsiniz?

Gömrük xidmətində çalışmağımda Akademiyanın rolu çox böyükdür.  2017/2018-ci tədris ilində “Hüquqşünaslıq” ixtisasını bitirən ilk məzunlardan biriyəm. Akademiyanı bitirdikdən sonra bir il Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçdim. 2019-cu ilin yayında xidmətimi başa vurduqdan sonra gömrük xidmətində çalışmaq üçün Komitəyə müraciət etdim. Məhz Gömrük Akademiyasının məzunu olaraq müsabiqədən kənar gömrük xidmətində işlə təmin olundum.

 

İşə qəbul olduğunuz zaman ilk kimə xəbər etdiniz? İlk iş gününüz necə keçmişdi?

İşə qəbul olduğum barədə ilk anama xəbər verdim. İlk iş günüm maraqlı keçmişdi. Düzü, həyəcan yox idi, çünki Akademiyada oxuduğum illərdə müxtəlif işlərdə çalışdığıma görə iş prosesinin nə olduğunu artıq bilirdim.

 

Akademiyada əldə etdiyiniz biliklər iş fəaliyyətinizdə köməyinizə çatırmı?

Bəli, çox köməyimə çatır. Akademiyada əldə etdiyim bilikləri iş rejimində tətbiq edəndə həqiqətən, fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam. Bu hissi hamıya arzu edirəm.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?