Modern.az

Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi - Fotolar

Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi - Fotolar

5 Dekabr 2019, 14:04

Baramaçılığın yem bazasının genişləndirilməsi, yeni tut (çəkil) bağlarının salınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından calaq olunmuş yüksək yarpaq çıxımına malik, iqlim şərtlərinə davamlı tinglərin gətirilməsi prosesi həyata keçirilir.

Modern.az xəbər verir ki, bu məqsədlə Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib. 

 

Tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır.

Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 

 


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı