Arxiv
5 Dekabr 2019, 18:34 | AKTUAL
“Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"  

Azərbaycan vasitəçilərdən münaqişənin həlli üçün əsas kimi bu məqsədə dəstək vermələrini və öz mandatlarına uyğun olaraq ciddi şəkildə fəaliyyət göstərmələrini gözləyir.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov deyib: "Fürsətdən istifadə edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını ATƏT Nazirlər Toplantısına qonaq qismində dəvət etdiklərinə görə Slovakiya sədrliyinə minnətdarlığımı bildirmək istəyirəm. Biz qəti şəkildə əminik ki, hərtərəfli regional əməkdaşlıq mexanizmi kimi Türk Şurasının ATƏT-in işində fəal iştirakı hər iki təşkilatın ortaq məqsədlərinə nail olmağa öz töhfəsini verəcək.

Biz kollektiv şəkildə etiraf etdik ki, beynəlxalq hüquq normalarına və ATƏT norma və prinsiplərinə əməl olunmaması Ümum-Avropa təhlükəsizlik arxitekturasında davam edən böhranın birbaşa səbəblərinin arxasında dayanır. Bu xüsusda, mən fəaliyyətdə olan sədr Layçakın ATƏT-in prinsipləri və öhdəliklərinin yenidən müzakirələrə açıq olmadığı və ATƏT məkanı boyunca insanlar üçün sabitliyi möhkəmləndirmək və münaqişələrin qarşısını almaq istiqamətində işimizin əsasını təşkil etməkdə qalmalı olduğu barəsində müraciətinə qoşuluram. Helsinki Yekun aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə şərtsiz hörmət heç bir istisna, ikili standart, coğrafi və ya digər imtiyazlar olmadan bərpa edilməlidir. Bu ikili standartlar mövcud olana qədər, ATƏT – bu məqsədlə nə qədər qərarlar qəbul etməyimizdən, sözlər verməyimizdən asılı olmayaraq – münaqişələrin qarşısının alınması və həlli üçün təsirli bir mexanizm olmaqdan uzaq olacaqdır. Gələcək ATƏT sədrliyini ATƏT məkanında bütün silahlı münaqişələrə dair ATƏT prinsipləri və öhdəliklərini bərabər şəkildə tətbiq etmək üçün iştirakçı dövlətlərlə işləməyə çağırıram. Azərbaycan vasitəçilərdən münaqişənin həlli üçün əsas kimi bu məqsədə dəstək vermələrini və öz mandatlarına uyğun olaraq ciddi şəkildə fəaliyyət göstərmələrini gözləyir.

 

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bütün bu münaqişələr, istisnasız olaraq müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir.

Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı.

 

Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşdü. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir.

Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi olduq. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” kimi bəyanatı sülh yolu ilə həll etmə anlayışına ziddir və qəti şəkildə pislənilməlidir.

Ermənistanın birgə razılaşdırılmış ATƏT sənədləri ilə, xüsusən də ATƏM Şurasının 24 mart 1992-ci il tarixli Birinci Əlavə Yığıncağının Qərarı ilə əsası qoyulmuş danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdid olaraq qalır. Bu sənədlər birmənalı şəkildə göstərir ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir. Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri bölgənin yerli Azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqları fəlsəfəsinə – yəni bütün insan hüquqları universal, bölünməz, qarşılıqlıdır və heç kim başqalarının hüquq və azadlıqları hesabına fərdi və ya kollektiv hüquq tələb edə bilməz yanaşmasına – açıq şəkildə ziddir.

 

Ermənistan işğal olunmuş ərazilərdə bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Qlobal Militarizasiya İndeksinə görə, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur. Ermənistan Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır.

Son Nazirlər Şurasından bəri, biz yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik. Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər.

 

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi tutarlıdır və o, Nazirlər Şurasında iştirak edən dövlətlər arasında paylanan Memorandumda əksini tapmışdır (SEC.DEL / 575/19). Xatırladım ki, münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına, xüsusən münaqişənin siyasi həlli üçün yeganə hüquqi çərçivəni təşkil edən 1994-cü ildə Budapeşt Sammitinin qərarına əsaslanır.

İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır, bununla da ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Ardınca məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə, mülklərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtması, həmin ərazilərin qarşılıqlı istifadəsi, bərpası və iqtisadi inkişafı üçün regionda bütün kommunikasiyaların açılması təmin olunmalıdır.

 

Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcəkdir. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir.

Statusun müəyyən edilməsi hüquqi proses çərçivəsində dinc şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qəbul edilmiş ATƏT-in qərarlarına ziddir və əslində sülh prosesinə və Minsk Qrupu həmsədrlərinin mandatına zərbədir.

 

Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

Azərbaycan bu məntiqi yanaşmaya əsaslanaraq münaqişənin həlli prosesinə sadiqdir".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin özünə 2 yeni köməkçi təyin etdi 24 Yanvar 2020, 11:05 237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ 24 Yanvar 2020, 10:59 Məktəblilərimiz beynəlxalq idman yarışlarında uğur qazandılar - FOTO 24 Yanvar 2020, 10:52 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib 24 Yanvar 2020, 10:45 Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var 24 Yanvar 2020, 10:38 İlham İsmayıla ağır itki üz verdi 24 Yanvar 2020, 10:35 Koronavirusdan ölənlərin sayı artır 24 Yanvar 2020, 10:31 Kamran Bayramov yenidən seçicilərlə bir arada - FOTOLAR 24 Yanvar 2020, 10:25 Qarabağda erməni hərbçiləri arasında ATIŞMA: 2 yaralı 24 Yanvar 2020, 10:20 Bu marşrut xətti də karta keçdi 24 Yanvar 2020, 10:15 Bu xidmətindən yararlanan şəxslərin 36 faizi boşanmaqdan imtina edib - RƏSMİ 24 Yanvar 2020, 10:11 Jalə Əliyeva Zərdabda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 24 Yanvar 2020, 10:06 Xırdalan susuz qalacaq   24 Yanvar 2020, 10:00 Azərbaycanda üstünlük verilən AVTOMOBİLLƏR 24 Yanvar 2020, 09:54 Novruz Aslanov daha 6 kənddə seçicilərlə görüşdü - FOTOLAR 24 Yanvar 2020, 09:51 Ermənilərin "Mistik Ölkəm - Aran" filminin Moskvada təqdimatı təxirə salındı 24 Yanvar 2020, 09:47 Nərminin qətlində təqsirləndirilən şəxs barədə QƏRAR VERİLDİ 24 Yanvar 2020, 09:42 Polis məktəblərdə uşaq oğurlamaq istəyən qadını AXTARIR - FOTO 24 Yanvar 2020, 09:36 Daxili işlər nazirinin adından istifadə edən şəxs həbs OLUNDU 24 Yanvar 2020, 09:30 ONLAR KİMƏ SƏS VERƏCƏKLƏR 24 Yanvar 2020, 09:25 Bir gündə 43 cinayətkar tutuldu 24 Yanvar 2020, 09:18 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Altıncı söz 24 Yanvar 2020, 09:12 Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar 24 Yanvar 2020, 09:06 Yeni parlamentdən Qarabağ gözləntiləri: Fraksiya, işğal haqqında qanun, savadlı gənclər və ... 24 Yanvar 2020, 09:00 Bu ölkədə əhalinin sayı sürətlə azalır 24 Yanvar 2020, 08:48 Argentinada güclü zəlzələ olub 24 Yanvar 2020, 08:20 Tramp Netanyahunu qəbul edəcək 24 Yanvar 2020, 08:06 Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56
SORĞU Yeni parlamentdə kimlər olsun?