Arxiv
6 Dekabr 2019, 11:42 | AKTUAL
Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO

Azərbaycan ilə Argentina arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Modern.az xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Argentinanın Azərbaycandakı səfiri Sergio Perez Gunella ilə görüşündə bununla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

Səfir Sergio Perez Gunella AZƏRTAC-ın dünyanın ən çox danışılan ikinci dili olan ispan dilində xəbər yaymasının təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, bu, ispandilli ölkələrdə Azərbaycan haqqında geniş məlumatın əldə edilməsinə və region dövlətlərinin agentlikləri ilə əlaqələrin dərinləşməsinə təkan verir. O, AZƏRTAC ilə Argentinanın TELAM milli xəbər agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, əlaqələrin daha da genişləndirilməsi üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

 

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan ilə Latın Amerikası ölkələri, o cümlədən Argentina arasında əlaqələrin ildən-ilə genişləndiyini qeyd edib, xüsusilə informasiya mübadiləsi sahəsində əməkdaşlığın önəmini vurğulayıb.

 

Agentliyin beynəlxalq əlaqələri barədə məlumat verən İdarə Heyətinin sədri AZƏRTAC-ın ispan dilində xəbər yaymasının informasiya mübadiləsi üçün geniş imkanlar açdığını söyləyib. Qeyd edib ki, AZƏRTAC ilə TELAM arasında əməkdaşlıq Azərbaycan haqqında məlumatların böyük auditoriyaya, Argentina və digər ispandilli ölkələr barədə xəbərlərin isə Azərbaycan oxucularına çatdırılması baxımından mühüm önəmə malikdir.

 

Görüşdə AZƏRTAC ilə Argentina səfirliyinin gələcəkdə birgə layihələr həyata keçirməsi, müasir medianın inkişaf meyilləri ilə bağlı müzakirələr aparılıb

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yeni siyasi partiya yaradıldı 16 İyul 2020, 22:01 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11