Arxiv
6 Dekabr 2019, 13:49 | PARLAMENT
Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR

Bir qrup ziyalı Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

Ziyalıların təklifinə əsasən, “Milli Məclis”i “Millət Məclisi” ilə əvəzləmək lazımdır.

 

Yazıçı-dramaturq Firuz Mustafa hesab edir ki, bu, çox doğru yanaşmadır:

 

“Nə üçün? Çünki biz "Milli Məclis" deyiriksə, onda məntiqlə gərək deputata da "milli vəkil" deyək”.

 

Modern.az saytının əməkdaşı ziyalıların irəli sürdükləri təkliflə bağlı beşinci çağırış Milli Məclisin deputatlarından münasibət öyrənib.

 

Aqil Abbas irəli sürülən təklifi birmənalı qarşılamayıb. O, bildirib ki, Firuz Mustafa gözəl yazıçı və dramaturqdur və hamı nəsə deyə bilər:

 

“Amma hər halda “Milli Məclis” adını qoyan adamlar Firuz Mustafadan ağılsız, savadsız deyil. Deyib deyib də, bu dəqiqə hərə bir söz deyir. Birini də Firuz Mustafa deyir, canı sağ olsun. Milli Məclis onsuz da millətin məclisidir. Hərə bir söz danışacaq deyə, biz arayış verməliyik?! Hamı çox şey deyə bilər. “Millət Məclisi” ifadəsini işlədərək biz Türkiyəni yamsılamış oluruq. Biz türklərdən ağıllı və savadlıyıq”.

 

Fəzail Ağamalı da təklifi müsbət qarşılamayıb:

 

“Mən bu cür və ya digər insanların belə fikirlərinə münasibət bildirə bilmərəm. Bu cür məsələlər diletant yanaşmadır. “Milli Məclis” sözü uzun müzakirələrdən sonra ulu öndərimizin xeyir-duası ilə yaranmış olan anlayışdır. Hər hansı vətəndaşımızın da bununla bağlı fikir söyləməyini ictimailəşdirməyə ehtiyac yoxdur”.

 

Fəzail İbrahimli isə Firuz Mustafanın “millət vəkili” ifadəsini əsas gətirərək, Milli Məclisin adının dəyişdirilməsi təklifinə cavab olaraq bildirib ki, əslində rəsmi “millət vəkili” yox, “deputat”dır:

 

“Əvvəla qeyd edim ki, bizim rəsmi adımız Azərbaycan Republikası Milli Məclisinin deputatı olaraq gedir. Sadəcə, el arasında bizə qısaca “millət vəkili”, “Milli Məclisin üzvü” deyirlər. Amma bizim rəsmi adımız “deputat”dır”.

 

Fəzail İbrahimli bildirib ki, Firuz Mustafa rəsmi addan çıxış etmir:

 

“O, ümumi fikirdən çıxış edir. Belə çıxır ki, Firuz Mustafanın təklifinə əsasən biz də Millət Məclisinin deputatı oluruq?! İndi təklifdir deyir, əcəb edir. Bu, onun şəxsi fikridir, yaxşı edir deyir. Mən bu təklif üçün Milli Məclisin adının dəyişdirilməsinə heç bir lüzum görmürəm”, - deyə F.İbrahimli bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:14 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36 Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Ünvanlı sosial yardım alanlara şad xəbər 23 İyun 2021, 09:30 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?