Modern.az

Yevda Abramovun dəfn mərasimi keçirilir

Yevda Abramovun dəfn mərasimi keçirilir

8 Dekabr 2019, 11:35

“Hazırda Yevda müəllimlə vida mərasimi Qubadakı Mədəniyyət evində keçilir. İsraildən də dəfn mərasiminə qatılanlar var”. Bunu Modern.az-a açıqlamasında Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev deyib.

 

Onun sözlərinə görə, mərhumla vida mərasimində ziyalılar çıxış edir:

“Yevda müəllimlə vida mərasimində hər kəs onunla bağlı xatirələrini bölüşür. Yevda müəllim Qubadakı Qırmızı qəsəbə qəbirstanlığında dəfn olunacaq”.

 

Milli Məclisin deputatı Vahid Əhmədov da saytımıza açıqlamasında bildirib ki, dəfn mərasiminə o da qatılıb:

“Yevda müəllimin deputat həmkarları olaraq dəfn mərasimində iştirak edirik. Yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!”.

 

Qeyd edək ki, dəfn mərasiminə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da qatılıb.

 

Xatırladaq ki, Milli Məclisin V çağırış deputatı Yevda Abramov uzun sürən xəstəlikdən sonra dekabrın 6-da axşam saatlarında dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı