Arxiv
9 Dekabr 2019, 11:21 | AKTUAL
“Onlar bu cür xəstə təfəkkürlə çox da uzağa gedə bilməyəcəklər” - Deputat

“Ermənilər “bilməsələr” də, “unutsalar” da, bizlər-bu torpaqların qanunu sahibləri hər şeyi yaxşı bilirik, yaxşı xatırlayırıq, heç nəyi də unutmamışıq, unutmuruq”.

 

Bu sözləri Modern.az-a V çağırış Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. O vurğulayıb ki,  təxribatçılıq, fitnəkarlıq paşinyanlar ailəsinin ruhunda, qanında, canındadır:


“Çevriliş yolu ilə küçədən hakimiyyətə gələn Nikol Paşinyan ilk gündən xələflərindən, qatı cinayətkarlar, əlləri Azərbaycan xalqının qanına bulaşmış Koçaryan və Sarkisyandan da “irəliyə” gedərək, Qarabağ məsələsinin həllində daha çox radikallıq, destruktivlik, sülh danışıqlarının pozulmasına, status-kvonun davam etməsinə yönəlik bir-birinin dalınca təxribatçı bəyanatlarla çıxış edir, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərlər edir, beynəlxalq hüququn normalarını ayaqlar altında tapdalayır, cəbhə, təmas xəttində qanların tökülməsinə bais olur.

Amma görünür Paşinyan ailəsinin ikinci üzvü, baş nazirin xanımı Anna Akopyan destruktivlikdə, dağıdıcılıqda, təxribatçılıqda həyat yoldaşını da ötür keçir. Heç bir hədd, əndazə gözləmir, elementar siyasi mədəniyyət və siyasi etiket qaydalarından belə çox-çox uzaqda dayanır. Əgər belə olmasaydı, o, sərsəm, məkrli, qana susayan bəyanat, fikir səsləndirməzdi.


Deputatın sözlərinə görə, A. Akopyan BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı zamanı öz aləmində Qarabağ münaqişəsi ilə bağlı yeni “mədəni” fikir səsləndirib:


“O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edir. Lakin sonra onun dediyi kimi, illərdən gələn erməni geni qabarıb, işğalçılıq mahiyyətini ortaya qoyub. Deyib ki, əgər müharibə başlasa, Ermənistan yeni ərazilər işğal edəcək və azərbaycanlılar muğama qulaq asmaq üçün növbəti məkanlar arzulayacaqlar. İnsan nə qədər reallıq, məsuliyyət hissi itirmiş, nə dərəcədə siyasi etiket qaydalarından uzaq qalmış olar ki, bu cür avantürist, sərsəm fikir, bəyanat səsləndirər. Görünür, onlarda artıq ailəlikcə reallıq, məsuliyyət hissi, siyasi tərbiyə və mədəniyyət deyilən heç nə yoxdur. Axı, o, hansı üzlə və haqla belə təklif səsləndirir? Ona kim və kimlər bu haqqı verib? Mehriban xanım hara, o hara? Gör kim özünü kimə tay tutur?!”.

K.Əliyevanın sözlərinə görə, Qarabağ, onun dilbər guşələri-dünyanın musiqi konservatoriyası Şuşamız, o cümlədən, Xankəndimiz, Ağdamımız, digər işğal altında olan yurd yerlərimiz nə vaxtdan erməni və Ermənistan torpağı olmayıb. Paşinyanın həyat yoldaşının bu cür bəyanatı sərsəmləmədən başqa bir şey deyil:

“Qarabağ nə vaxtdan onların torpağı, ərazisi olub? Onlar Ermənistana (qədim Azərbaycan torpaqlarına), o cümlədən, Qarabağa 19-cu əsrdə haradan gətirildiklərini, haradan köçürüldüklərini nə tez unudublar? Onlar “bilməsələr” də, “unutsalar” da, bizlər-bu torpaqların qanunu sahibləri hər şeyi yaxşı bilirik, yaxşı xatırlayırıq, heç nəyi də unutmamışıq, unutmuruq. Onlar Qarabağı, ona bitişik işğal altında olan ərazilərimizi ancaq yuxularında və xəyallarında görə bilərlər. Qarabağ, işğal olunmuş ərazilərimiz Azərbaycan xalqının əzəli-əbədi dədə-baba torpaqlarıdır, orada artıq ikinci erməni dövləti yaradıla bilməz. Buna Azərbaycan xalqı imkan verməz və heç zaman da verməyəcək. Məqam gələcəyi təqdirdə də, yəni, sülh danışıqları bir nəticə verməsə, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu öz sözünü deyəcək – Aprel hadisələrində olduğu kimi. Və həmin əraziləri son qarışınacan erməni quldurlarından, erməni terrorcularından, erməni cəlladlardan azad edəcək, təmizləyəcək, üçrəngli bayrağını dalğalandıracaq. İkincisi, muğam dünyanın ən zəngin mədəniyyət, sənət hadisəsi olmaqla, Azərbaycan xalqına məxsusdur. Bunu bütün dünya qəbul və etiraf edir. Azərbaycan mədəniyyəti və ifaçılıq sənəti muğamlarımız və muğam ifaçılarımızn, korifeylərimizin sayəsində sərhədləri aşaraq dünyanın hər yerinə yayılıb, sevilib, şöhrətlənib. İndi insan nə qədər ağılsız, düşüncəsiz və rəzil bir durumda olar ki, muğamı heç bir aidiyyatı olmadığı halda öz adına-ermənilərin adına çıxar?! Bunu ancaq və ancaq akopyanlar, paşinyanlar, digər yanlar edə bilər. Çünki onlar üçün müqəddəs heç nə yoxdur, oğruluq, plagiatlıq, gözüdoymazlıq onların canında qanındadır”.


Deputat əlavə edib ki, Azərbaycan muğamı bu gün özünün ikinci inkişaf və intibah dövrünü yaşamaqdadır:


“Ölkənin birinci xanımı, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun misilsiz xidmətləri sayəsində Azərbaycan muğamı daha gur şəkildə dünyaya səs salmaqda, insanları heyran etməkdə, riqqətə gətirməkdədir.
Hər il ölkəmizdə möhtəşəm Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Festivalı keçirilir. Bunlar bir daha muğamın kimliyini, kimə, hansı xalqa mənsub olduğunu göstərir. Odur ki, Anna Akopyanın son fikirləri təxribat xarakteri daşımaqla, erməni mahiyyətinin, erməni xislətinin növbəti əyani ifadəsidir, təzahürüdür. Onlar bu cür xəstə təfəkkürlə çox da uzağa gedə bilməyəcəklər, dalana dirəcəklər, uçuruma yuvarlanacaqlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52