Modern.az

Sidikdə qanın görülməsi çox ciddi xəstəliklərə işarət edir - HƏKİM

Sidikdə qanın görülməsi çox ciddi xəstəliklərə işarət edir - HƏKİM

9 Dekabr 2019, 13:12

N.Tusi adına Klinika,
həkim-uroloq Araz İbrahimov


Sidikdə qanın görülməsi (Makrohematuriya) sidik yolu infeksiyası, uroloji daş xəstəliyi, onkolojiyə qədər bir çox ciddi xəstəliklərə işarət edir və müalicəsində yaranan gecikmə həyati təhlükəyə yol açır.
   
Makrohematuriya araşdırılması vacib olan bir haldır. Bəzi qida maddələri, dərman preparatlarının qəbulu zamanı, həmçinin ağır fiziki iş və idmanla məşğul olduqda sidikdə qan görülə bilər.
Biz bu əlaməti normal qəbul edərək riskə yol verməməli, ümumi sidik, qan və radioloji testlərlə müayinələri bir qədər dərinləşdirməliyik. Sidikdə qan olması əlamətilə bərabər vücudda ağrı,sancı, yanma, temperaturun olub-olmamasına diqqət edilməli və bu hallar müşahidə olunarsa, mütləq həkim-mütəxəssisə müraciət edilməlidir.
   
Ən çox rastlanan hallar: "Sidik yolu infeksiyası", "Uroloji daş xəstəliyi", "Prostat vəzin adenoması", "UroOnkoloji xəstəliklər", "Travma,orqan zədələnmələri", "Bəzi dərmanların qəbulu (qan durulducular, pensilinlər, onkoloji preparatlar) agır fiziki iş".
 
Müalicə: Qanlı sidiyə çıxma hər bir halda ətraflı müayinə edilir və xəstəliyə görə düzgün müalicə taktikası seçilir. Buraya antibiotik qəbulundan başlayaraq  planlı geniş radikal əməliyyatlar da daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?