Modern.az

Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı

Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı

Aktual

9 Dekabr 2019, 15:41

Dekabrın 6-da Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin şəhərində nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.

Mükafat Azərbaycan Turizm Bürosunun Çindəki rəsmi turizm nümayəndəliyinin əməkdaşına təqdim olunub. Mükafatlandırma mərasimində 200-dən çox yerli və beynəlxalq turizm sənayesinin nümayəndəsi iştirak edib.

 

Dünya üzrə geniş oxucu kütləsinə malik olan “Voyage” jurnalı Çinin ən nüfuzlu turizm və səyahət dərgilərindən biridir. Jurnalın əsas oxucuları turizm sektorunun peşəkarları və aparıcı biznes adamlarıdır.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 24394 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 63.1% artım deməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı