Arxiv
9 Dekabr 2019, 16:46 | AKTUAL
“Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir” - Elməddin Behbud

2-6 dekabr tarixlərində İstanbulda Türk Konseyinin III Gənclər Festivalı keçirilib. Festivalda Konseyə üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, quruma yeni müşahidəçi üzv qəbul edilən Macarıstanın da nümayəndə heyəti iştirak edib. Festivalda Konseyin baş katibi Bağdad Əmriyev, Dünya Etnospor Federasiyasının rəhbəri Bilal Ərdoğan, quruma üzv dövlətlərin Gənclər və İdman nazirliklərinin yüksək vəzifəli nümayəndələri, Sivil Toplum Quruluşlarının rəhbərləri iştirak edib.

Mötəbər toplantıda iştirak etmiş Türk Konseyinin Gənclər Platformasının Baş Assambleyasının üzvü olan Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Festivalla bağlı Turkustan.info-ya qısa müsahibə verib.



- Elməddin müəllim, əvvəlcə, Türk Konseyinin Gənclər Platforması haqqında bilgi verməyinizi istərdik.

2018-ci ildən başlayaraq Konseyin gənclər platformasının yaradılması ilə bağlı həyata keçirilən çalışmaların uğurla nəticələndiyini deyə bilərik. Naxçıvan və Türkistan toplantılarından sonra 2019-cu ilin sentyabrında Bakıda Türk Konseyinin Gənclər Platformasının (GP) Baş Assambleyasının təsis iclası keçirildi və 3 il müddətinə Azərbaycan nümayəndəsi GP-ya rəhbər seçildi. III Gənclər Festivalının keçirilməsi mühüm hadisə idi. Türk dünyasının müxtəlif ərazilərində yaşayan gənclərin ortaq dil, tarix və mədəniyyətə söykənərək birgə gələcək inşa etməsi və konsaldasiyası üçün mövcud imkanlardan səmərəli istifadəni hədəfləyən festival çərçivəsində önəmli tədbirlər keçirildi. 2009-cu ilin oktyabrın 3-də dövlət başçılarının qərarı ilə Naxçıvanda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması müstəqil türk dövlətləri arasında inteqrasiya prosesinin sürətləndirilərək mövcud potensialdan daha səmərəli şəkildə istifadəyə imkan verən və ortaq gələcəyin arxitekturasını müəyyən edən yeni mərhələnin əsasını qoydu. Başda cənab Prezident İlham Əliyev və Türkiyənin cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla Türk Konseyinə üzv olan dövlətlərin liderlərinin həyata keçirdiyi praqmatik, dəqiq strategiyaya malik siyasət nəticəsində bu gün türk dövlətlərinin vahid güc kimi formalaşaraq dünyanın geosiyasi mənzərəsində mövqeyinin qüvvətlənməsi və ciddi aktora çevrilməsi prosesini müşahidə etməkdəyik. 20-ci əsrin bəlli dövründə siyasi əlaqələri kəsilsə də könül və mədəniyyət bağları heç zaman qırılmamış türk xalqlarının bu gün mövcud olan müstəqil dövlətlərinin bütün sahələrdəki resurslarının birləşdirilməsi zamanın və tarixin tələbidir. Dünyanın əsas güc mərkəzlərinin qloballaşma adı altında xalqların milli dəyərlərini deqradasiyaya uğratmaq üçün yüz milyonlarla dollar vəsait xərcləyərək siyasi, iqtisadi və mədəni sahədə güclü təzyiq göstərir. Bunların qarşısını güclü bir şəkildə almaq, eyni zamanda mövcud çoxçeşidli problemlərin həlli ilə bağlı vahid mövqedən çıxış etmək baxımından Türk Konseyi qədim tarixə və zəngin mədəniyyətə malik olan türk xalqlarının dövlətlərinin uğurlu əməkdaşlıq modelidir. Əlbəttə ki, bu əsnada əhalisinin önəmli bir qismi olan gənclər arasında inteqrasiya prosesini sürətləndirmək, ortaq milli dəyərlərin təbliği və dünyanın gələcək inkişafında türk dövlətlərinin öncül mövqeyinə əlverişli zəmin formalaşdırmaq üçün Gənclər Platformasının təsisi mühüm əhəmiyyətə malikdir. 1,5 trl ÜDM-ə, 150 mln.artıq əhaliyə malik türk dövlətlərinin konsaldasiyası onların dünyadakı nüfuzunun və gücünün daha da artması deməkdir. Bu istiqamətdə gənclərin də üzərinə mühüm vəzifələr düşür.

- Festival çərçivəsində hansı qərarlar qəbul edildi?

III Gənclər Festivalı çərçivəsində tarix, mədəniyyət və gənclər siyasəti ilə bağlı faydalı konfrans və digər maraqlı tədbirlər təşkil olundu, müzakirələr keçirildi və 2020-ci ildə görüləcək işlərlə bağlı ideya və təkliflər dinlənildi. Azərbaycan nümayəndə heyəti hər zamankı kimi Türk Konseyinin gənclər platformasının fəaliyyətində fəal şəkildə iştirak etdi. Azərbaycan təmsilçilərinin gənclər platformasının avanqard qüvvəsi olduğunu hamı qəbul edir. 200-dən artıq nümayəndənin iştirak etdiyi Festivalın istər tarix və mədəniyyətlə bağlı, istərsə də dövlət gənclər siyasəti ilə bağlı konfrans və panellərində aktiv şəkildə iştirak edərək ölkəmizi yüksək səviyyədə təmsil etdik. Festivalın mədəniyyət gecəsində Azərbaycanın rəqs qrupunun iştirakı xüsusi ilə böyük coşqu və maraqla qarşılandı. Azərbaycan nümayəndə heyətinin üzvü olaraq tarix və mədəniyyətlə bağlı konfransda çıxış edərək ortaq mənəvi dəyərlərimizi yetərincə mənimsəmək və təbliğ etməklə müasir çağrışlara cavab verən formada bütün platformalarda birgə fəaliyyət göstərməyimizin hər bir türk dövlətinin milli maraqlarına uyğun olduğunu vurğuladım.



- Türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi baxımıdan bu kimi tədbirlərin hansı təsirləri var?



Doğudan batıyadək böyük bir coğrafiyada yaşayan türk xalqlarını bu gün narahat edən çoxsaylı problemlər var. Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması da, uyğurların milli mənsubiyyətinə görə hüquqlarından məhrum edilməsi, qətlə yetirilməsi də, Quzey Kıprısın embarqo altında qalmaqda davam etməsi də, deportasiya olunmalarından 70 ildən çox vaxt keçməsinə rəğmən ahıskalıların bərabərhüquqlu vətəndaş kimi doğma torpaqlarına qayıdışına imkan verilməməsi də, İran türklərinin ana dili və digər bir sıra hüquqlarının təmin olunmaması da yalnız müstəqil türk dövlətlərinin deyil, bütün türk dünyasının ortaq problemidir. Türk dövlətlərinin ayrılıqda bu problemlərin öhdəsindən gəlməsi real görünmür. Ona görə də vahid güc olub böyümək və hər kəsin hesablaşmağa məcbur olacağı siyasi, iqtisadi və hərbi platformaya çevrilmək zəruridir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10 Növbəti 6 ayda neftin qiymətinin 35 dollar olması proqnozlaşdırılır - Nazir 5 Avqust 2020, 11:59 Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib 5 Avqust 2020, 11:57 Bakıda mənzildən 1 milyon manatlıq OĞURLUQ 5 Avqust 2020, 11:54 Nazir: “İqtisadiyyatımıza təhlükələr var” 5 Avqust 2020, 11:50 Samir Şərifov: “Apreldən ümumi daxili məhsul azalmağa başlayıb 5 Avqust 2020, 11:47 Sahibkarlara yardım veriləcək - Nazirlik şərtləri AÇIQLADI 5 Avqust 2020, 11:39 Qadının pulu və qızılı oğurlandı 5 Avqust 2020, 11:32 Komitə sədri iqtisadiyyatdakı azalmalardan DANIŞDI: “Kifayət qədər ehtiyatlı olmalıyıq” 5 Avqust 2020, 11:26