Modern.az

Bakıdakı “Eurohome” bazarı yanır - YENİLƏNİB - VİDEO+ FOTOLAR

Bakıdakı “Eurohome” bazarı yanır - YENİLƏNİB - VİDEO+ FOTOLAR

Hadisə

10 Dekabr 2019, 09:53

10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Nazirlik tərəfindən "çağırış 3 elan" olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə 3 helikopter də cəlb olunub. 

***

Fövqəladə Hallar Nazirliyi (FHN) "Eurohome” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, səhər saatlarında "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “Eurohome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

****

Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən “Eurohome” ticarət mərkəzində güclü yanğın baş verib.


Modern.az
xəbər verir ki, tikinti materiallarının topdansatış bazarı kimi tanınan "Eurohome” ticarət mərkəzindəki yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub. 


Hazırda yanğın davam edir, 20-dək yanğındürmə maşını  alovun qarşısını almağa çalışır.

Yanğınla əlaqədar Xırdalan dairəsi istiqamətindəki yollarda nəqliyyatın tıxacı da yaranıb.

 

Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.

 

 

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü