Modern.az

Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutuldu

Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutuldu

10 Dekabr 2019, 15:06

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə  İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165.000 manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI