Arxiv
10 Dekabr 2019, 16:01 | AKTUAL
Baş infeksionistdən “donuz qripi” XƏBƏRDARLIĞI

Qonşu Gürcüstanda yeniyetmə oğlan “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb.


“Azərbaycanda A(H1N1) virusu təhlükəsi istisna deyil”

 

Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a açıqlamasında hələlik Azərbaycanda A (H1N1) virusunun qeydə alınmadığını bildirsə də, təhlükəni istisna etməyib:

 

“Mövsümlə əlaqədar respulikamızda respirator viruslara təsadüf edilsə də,  geniş yayılmayıb.

Hələlik, bu mövsümdə Azərbaycanda A (H1N1) virusu qeydə alınmayıb. Amma alınacağı istisna edilmir. Heç kim bundan sığortalanmayıb. A (H1N1) virusu müalicə olunduğu təqdirdə sağalan bir virusdur. “Donuz qripi” virusu adi qrip viruslarından biridir. Ölüm halı bütün xəstəliklərdə var. Riskli kateqoriyadan olanlar - körpələr, hamilə qadınlar, yaşlılar daha çox qorunmalıdırlar. Virusla yanaşı xroniki xəstəliyi olan adamlarda təhlükə böyükdür. Çünki yanaşı xroniki xəstəliklər virusla yoluxduqda orqanizm zəifləyir. Xronoki xəstəliklər bu halda kəskinləşə və ağır nəticələrə səbəb ola bilər. Virus riskli kateqoriyadan olanlarda mərkəzi sinir sistemi, ürək, qan-damar xəstəliklərini sürətləndirə bilər. Ona görə də bu virus uşaqlarda mərkəzi sinir sistemi xəstəliklərinin, yaşlılarda ürək, qan-damar xəstəliklərinin şiddətlənməsilə özünü biruzə verir”.

 

“Heç kim “donuz qrip”indən sığortalanmayıb”

 

 Baş infeksionistin sözlərinə görə, heç kim təhlükədən sığortalanmayıb:

 

“Qonşu İran, Gürcüstanla əlaqələrimiz genişlənib. Həmin ölkələrdən gediş-gəliş çoxdur. Bu baxımdan xəstəliyin Azərbaycanda yayılma riski yüksəkdədir. Qripin qarşısını almaq mümkün olan məsələ deyil, sadəcə proflaktik tədbirlər görülə bilər. Çalışıb ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır. İnsanların kütləvi toplaşdığı yerlərdə nə qədər az olsaq, xəstəliyə yoluxma ehtimalımız da bir o qədər az olar. Hərarətli xəstəlik dövründə mütləq yataq rejimində qalmaq lazımdır. Bu zaman həm özümüzü qoruyarıq, həm də kənardakı insanların xəstəliyə yoluxmasının qarşısını almış olaruq. Qidalanmağımıza, bol maye qəbuluna diqqət etməliyik”.

 

Xəstələri evdə saxlayın”

 

C.İsayev qeyd edib ki, təhlükə ehtimalına qarşı təhlükəsizlik tədbirləri həyata keçirilir:

 

“İlk profilaktik tədbirlərin görülməsi özümüzdən asılıdır. Mən özüm Tibb Universitetinin müəllimiyəm. Bəzən görürsən ki, bir nəfər tələbə xəstə-xəstə dərsə gəlir. Bir nəfərin xəstə gəlməsi auditoriyadakı 10 nəfərin yoluxması deməkdir. Əgər evdə körpə, məktəbli xəstəmiz varsa, onların bağçaya, məktəbə, özümüzün işə getməyimiz yolverilməzdir. Böyüklər xəstə vəziyyətdə işə getməyə məcburdursa, o zaman maskadan istifadə etməlidirlər. Xəstə halda kollektivin yanında bir saat olmaq belə, onların yoluxması deməkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF 12 Avqust 2020, 17:22 YAP İdarə Heyətinin iclası keçirilib 12 Avqust 2020, 17:16 İcra hakimiyəti iki iri marketi cərimələdi - FOTO 12 Avqust 2020, 17:10 Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var 12 Avqust 2020, 17:05 Azərbaycanda daha bir sığorta şirkəti əmlakını satışa çıxardı 12 Avqust 2020, 17:00 Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə 12 Avqust 2020, 16:55 “Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Goranboyda karantin reydləri keçirilir 12 Avqust 2020, 15:00 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30