Arxiv
11 Dekabr 2019, 15:26 | MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyindən Nəsiminin məzarı ilə bağlı AÇIQLAMA: “Hazırıq...”

2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə “Nəsimi ili” elan edilib.


650 illik yubileyi qeyd olunan mütəfəkkirin Suriyanın Hələb şəhərində yerləşən baxımsız vəziyyətdəki məzarının bərpası müzakirə mövzusudur. Hətta bu günlərdə  İmaddədin Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət saytımıza açıqlamasında məzarı öz imkanları daxilində təmir etdiklərini bildirib.


Hazırkı şəraitdə Azərbaycanın Mədəniyyət Nazirliyi dahi şairin məzaının bərpasına təşəbbüs göstərə bilərmi?


Bununla bağlı Modern.az-ın sorğusunu cavablandıran qurumun mətbuat katibi İntiqam Hümbətov bildirib ki, Nəsiminin məzarının bərpası hazırda Mədəniyyət Nazirliyinin gündəmindədir:


“Lakin Suriyadakı hərbi vəziyyətə görə bərpa işlərinin aparılması mümkün deyil. Təxminən 2009-cu ildə bizim nazirlik və digər aidiyyatı qurumların nümayəndələri Suriyada oldular, hətta məzarın bərpa olunması üçün layihə sənədləri də hazırlandı. Lakin sonradan bölgədəki siyasi vəziyyətlə əlaqədar layihəni reallaşdırmaq mümkün olmadı və hazırda da mümkünsüzdür. Suriyanın Hələb şəhərində siyasi vəziyyət stabilləşdikdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi Suriyanın aidiyyatı qurumları ilə birlikdə məzarın bərpa edilməsinə hazırdır. Bunun
üçün təhlükəsizlik təmin olunmalıdır ki, biz bu işləri həyata keçirə bilək”.

 

İ.Hümbətov qeyd edib ki, məzarın bərpası üçün tələb edilən maliyyəni nazirlik ödəməyə hazırdır:

“2009-cu ildə nümayəndələrimiz Suriyaya gedəndə bərpa ilə bağlı sənədlərin hazırlanmasında maliyyə məsələsi nəzərə alınmışdı. Hansı məbləğə başa gəlməsindən asılı olmayaraq, Azərbaycan Mədəniyyət Nazirliyi həmin məbləği ödəməyə hazır idi və bu gün də sabitlik bərpa olunduğu təqdirdə hazırdır”.

 



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:10 Trampdan Messiyə - Dünya məşhurları Kobi Brayanta yas tutur 27 Yanvar 2020, 12:03 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36 Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - FOTO 27 Yanvar 2020, 11:34 18 yaşlı müğənni 4 “Qremmi” qazandı 27 Yanvar 2020, 11:29 2020-ci ildə Azərbaycanla yanaşı bu ölkələrdə də seçkilər olacaq - TƏQVİM 27 Yanvar 2020, 11:22 AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq 27 Yanvar 2020, 11:16 Deputatlığa namizədlərin sayı AÇIQLANDI 27 Yanvar 2020, 11:10 Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?   27 Yanvar 2020, 11:05 Şəkidə narkotacir saxlanıldı - FOTO 27 Yanvar 2020, 10:58 Sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik etdi 27 Yanvar 2020, 10:51 “Torpaqlarımızı qaytarmaq istəyiriksə...” 27 Yanvar 2020, 10:45 Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK 27 Yanvar 2020, 10:38 Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21 Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb - FOTO - VİDEO 27 Yanvar 2020, 10:15 Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 10:10 Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı 27 Yanvar 2020, 10:05 Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR 27 Yanvar 2020, 09:59 Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!” 27 Yanvar 2020, 09:52 İcra başçısına yeni 1-ci müavin təyin olundu 27 Yanvar 2020, 09:45 Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər 27 Yanvar 2020, 09:39 Vilayət Eyvazov yol polisinin rəisini işdən çıxardı 27 Yanvar 2020, 09:34 Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz 27 Yanvar 2020, 09:27 Ermənilər 8 rayonumuzu atəşə tutdu 27 Yanvar 2020, 09:21 Mahmud Abbas Trampın danışıq istəyini rədd edib 27 Yanvar 2020, 09:15
SORĞU Yeni parlamentdə kimlər olsun?