Lvov meri Andrey Sadovoy Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədovu qəbul edib.
Modern.az xəbər verir ki, iclasda bələdiyyə sədri E.Məmmədova Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi etdiyinə görə təşəkkür edib.
Görüşdə Ukrayna-Azərbaycan münasibətləri, Lvovun inkişafında Azərbaycan investorlarını cəlb etmək imkanları, həmçinin Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının gələcək planları müzakirə edilib.
Görüşün sonunda E.Məmmədova Qalitskinin kralı Daniilin xatirə sikkəsi hədiyyə edildi.