Modern.az

“Dostuma dedim ki, ulu öndərin Azərbaycandakı həyatını mən yazım, Moskvadakı həyatını sən yaz” - Hüseynbala Mirələmov

“Dostuma dedim ki, ulu öndərin Azərbaycandakı həyatını mən yazım, Moskvadakı həyatını sən yaz” - Hüseynbala Mirələmov

12 Dekabr 2019, 12:39

“Heydər Əliyevin həyat və yaradıcılığı barədə yazdığım kitab dünyanın 48 dilində tərcümə olunub”.


Bunu Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib. O dünya ölkələrində kitaba xüsusi marağın olduğunu vurğulayıb:

“Kitabı 2005-ci ildə Moskvada “Görkəmli adamların həyatı” seriyasından mərhum dostum Viktor Andreyanovla birgə yazdıq. Ulu öndər Moskvada da fəaliyyət göstərmişdi deyə, kitabı birgə ərsəyə gətirməli idik. O vaxt ailə vəziyyətimlə bağlı Heydər Əliyevin fəaliyyətini izləmək üçün Moskvada yaşamaq kimi imkanım yox idi. Elə buna görə də dostuma dedim ki, ulu öndərin Azərbaycandakı həyatını mən yazım, Moskvadakı həyatını sən yaz. Kitab ilk dəfə də 2005-ci il Moskvada çap olundu. Çap olunandan sonra gördük ki, materialda nəsə boşluq var. Heydər Əliyevin Təhlükəsizlik Komitəsində işlədiyi vaxtlara kitabda az yer ayrılmışdı. Biz Dövlət Təhlükəsizlik Komitəsinə məktub yazaraq, kitabı yenidən işlədik. 2006-cı ildə kitab yenidən çap olundu. Bu gün dünyanın 48 dilində, serb, çin, ingilis, fransız, malaziya və s. dillərdə çap olunub və hələ də proses davam edir. Bu kitab ulu öndərin dünya oxucuları tərəfindən tanınmasına xidmət edir və düşünürəm ki,  kitabı çap etdirməklə Yer üzünə böyük bir abidə qoymuşuq. Bu yaxınlarda kitab yapon dilində nəşr olunacaq. Kitablar hazırda satışda deyil, çap olunduqca, bir nüsxə prezident İlham Əliyevə, bir nüsxə də mənə göndərilir”.


H.Mirələmovun dostu və deputat həmkarı Hadi Rəcəbli kitabın  Türkmənistan, Yunanıstan, Özbəkistan və Türkiyədəki təqdimat mərasimlərində iştirak etdiyini bildirib:


“Təqdim olunmuş bütün kitablardan nüsxələr bizim Xarici İşlər Nazirliyində yığılır. Kitab hansı ölkədə çap olunursa, o ölkənin seçilən, sayılan ziyalılarına, prezidentinə də göndərilir.  Kitabın ulu öndərin həyat və yaradıclığının təbliğ olunmasında böyük xidməti var. Azərbaycanda satışda olmasa da, Türkiyə, Moskva kitabxanalarında kitabın satışına rast gəlmişəm”.


H.Rəcəbli kitabın təqdimatı ilə bağlı maraqlı bir hadisəni də danışıb:


“Yunanıstanda kitabın təqdimatına parlamentin vitse-spikeri, deputatlar, Avropa İttifaqına üzv olan adamlar gəlmişdilər. Tədbir şəhərdə böyük səs-küy yaratdı.  Erməni lobbisi çalışdı ki, kitabın təqdimatına mane olsun. Lakin yunanlar onları təqdimatdan qovdular. Yəni kitab prezidentimizi insanlara bu qədər sevdirir, ermənilərdə ciddi narahatlıq yaradır”.  

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?