Modern.az

“Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi

 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi

12 Dekabr 2019, 23:47

“Qarabağ”  “Düdelanj”la oyunda hesabı bərabərləşdirdi.  İkinci hissədə meydana daxil olan Maqaye Geye 90+1-ci dəqiqədə komandasına bir xal qazandıran qolu vurub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bununla da "Qarabağ" qrup mərhələsini 6 xalla 3-cü pillədə başa vurub. Qrupun digər matçında isə APOEL "Sevilya"nı 1:0 hesabı ilə məğlub edib.

***

“Qarabağ”  “Düdelanj”  oyununda hesab açıldı. Oyunun 63-cü dəqiqəsində "Düdelanj"ın heyətində Sabir Buqrine fərləqnib - 0:1.

***

“Qarabağ”  “Düdelanj”  oyununda ikinci hissə başlayıb.  "Qarabağ" matçın 46-cı dəqiqəsində azlıqda qalıb. Belə ki, Qara Qarayev görüşdə 2-ci sarı vərəqəni almaqla komandasını azlıqda qoydu.

***

Azərbaycan çempionu “Qarabağ”  Avropa Liqasında qrup mərhələsinin son turu çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edir.

Modern.az xəbər verir ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç hər iki komanda üçün formal xarakter daşıyır. 1/16 final şansları itən “Qarabağ”la “Düdelanj” yalnız sonuncu olmamaq üçün mübarizə aparacaq.


Qeyd edək ki, qrupun digər oyununda APOEL “Sevilya”nı qəbul edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi