Modern.az

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

12 Dekabr 2019, 23:59

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 68,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel azdır.

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...