Arxiv
13 Dekabr 2019, 15:05 | HADİSƏ
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu  

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, aparılmış araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşı vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.


Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.  


İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət edərək yuxarıda qeyd edilən şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşdıqları halda, bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Giləzi sakinindən döyüş sursatları tapıldı 24 Yanvar 2020, 13:12 Sabahdan məktəblərdə qış tətili başlayır 24 Yanvar 2020, 13:11 Bakıya və rayonlara qar yağacaq - 8 dərəcə şaxta olacaq   24 Yanvar 2020, 13:07 Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - VİDEO   24 Yanvar 2020, 13:01 “Bir” Tələbə-Könüllü proqramı 24 Yanvar 2020, 12:59 "Bakıda bu gün sulu qar yağsa da..." - Nazirlikdən AÇIQLAMA 24 Yanvar 2020, 12:57 Polis məktəbdən uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR 24 Yanvar 2020, 12:51 Mingəçevirdə həbs olunanlar var - Baş Prokurorluqdan AÇIQLAMA 24 Yanvar 2020, 12:45 Türkiyə Avropa Birliyindən 6 milyard avro TƏLƏB EDİR 24 Yanvar 2020, 12:42 Nəsiman Yaqublu Nizami rayonunda seçicilərlə görüşüb - FOTO 24 Yanvar 2020, 12:40 Sevinc Orucova “Azərbaycan naminə” müsabiqəsindən danışdı 24 Yanvar 2020, 12:35 Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur - FOTO   24 Yanvar 2020, 12:28 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-da Azərbaycan xalçalarının sərgisi açılacaq  24 Yanvar 2020, 12:22 Könüllülərinin iştirakı ilə bilik yarışı keçiriləcək 24 Yanvar 2020, 12:16 BNA-nın “porkovşik”lərlə birgə qurduğu FIRILDAQ 24 Yanvar 2020, 12:10 Bakıda daha 2 ASAN xidmət mərkəzi tikilir 24 Yanvar 2020, 12:04 Fazil Məmmədovun bankında nə baş verir? 24 Yanvar 2020, 11:58 Çingiz Qənizadə Beyləqanda növbəti  görüşlərini keçirib - FOTO 24 Yanvar 2020, 11:51 Rəşid Mahmudov xalqa müraciət etdi – Gədəbəydən Elmar Musayev… – VİDEO 24 Yanvar 2020, 11:50 Otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur - Batil inanclar 24 Yanvar 2020, 11:45 Qubalılar Vahid Əhmədovun gəlişinə böyük maraq göstərir - FOTO 24 Yanvar 2020, 11:40 Nərminin cinayətində işgəncə izi  - Prokurorluqdan AÇIQLAMA 24 Yanvar 2020, 11:35 Rusiya əmlak bazarının AZƏRBAYCANLI KRALLARI 24 Yanvar 2020, 11:29 Azərbaycan polis xidmətlərinin etibarlılığına görə 30-cü yerdədir 24 Yanvar 2020, 11:23 Fəzail Ağamalı növbəti görüşünü Aşağı və Yuxarı Noxudlu kəndlərində keçirib - VİDEO 24 Yanvar 2020, 11:16 “Yol polisi son günlər işi elə qurub ki…” - Çingiz Qənizadə 24 Yanvar 2020, 11:10 Yusif Məmmədov FENOMENİ 24 Yanvar 2020, 11:05 Putin özünə 2 yeni köməkçi təyin etdi 24 Yanvar 2020, 11:05 237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ 24 Yanvar 2020, 10:59 Məktəblilərimiz beynəlxalq idman yarışlarında uğur qazandılar - FOTO 24 Yanvar 2020, 10:52 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib 24 Yanvar 2020, 10:45 Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var 24 Yanvar 2020, 10:38 İlham İsmayıla ağır itki üz verdi 24 Yanvar 2020, 10:35 Koronavirusdan ölənlərin sayı artır 24 Yanvar 2020, 10:31 Kamran Bayramov yenidən seçicilərlə bir arada - FOTOLAR 24 Yanvar 2020, 10:25
SORĞU Yeni parlamentdə kimlər olsun?