Arxiv
13 Dekabr 2019, 18:24 | AKTUAL
Nazirlik ilə BP Anlaşma Memorandumu imzalayıb

Əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılması sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu, eyni zamanda, nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb.

 

ƏƏSMN-dən Modern.az-a verilən məlumata görə, azirliyin tabeliyindəki DOST Agentliyində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Çex Respublikasının Karlov Universitetinin professoru Tomaş Kuçera iştirak edib. Qonaqlar tədbirdən əvvəl DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi, burada əhaliyə “bir pəncərə”dən, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilən xidmətlərlə tanış olublar.

 

Sənədlərin imzalanması tədbirində S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə dayanıqlı inkişafın əldə olunduğunu, bu inkişafın nəticələrindən biri kimi, respublikamızda müsbət demoqrafik vəziyyətin mövcud olduğunu bildirib. O qeyd edib ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq əhalinin sayının azalması Azərbaycan üçün xarakterik olmasa da, ölkədə demoqrafik təhlükəsizliyin təmin olunması aparılan siyasətin əsas istiqamətləri sırasındadır. Bu məqsədlə dolğun proqnozlaşdırma sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir.

 

Nazir diqqətə çatdırıb ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 290 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

 

S.Babayev deyib ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 20,1 faiz artaraq 2019-cu il 1 oktyabr tarixinə 10 044,5 min nəfər təşkil edib. Təbii artım göstəricisi əhalinin hər 1000 nəfərinə hesabı ilə 7,9 nəfərdən 8,4 nəfərə, doğulanların sayı 13,9 nəfərdən 14,1 nəfərədək artıb. Ölənlərin sayı isə 6,0 nəfərdən 5,7 nəfərədək azalıb. Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Əhalinin tərkibində 0-14 yaş qrupunda olan əhalinin payı 22,4 faiz, 15-64 yaş qrupunda 70,8 faiz, 65 yaşdan yuxarı 6,8 faiz, 15-29 yaşda olan əhali (gənclər) 23,3 faizdir.

 

Nazir qeyd edib ki, əməkdaşlıq barədə sənədləri imzalayan Tərəflər beş illik layihə çərçivəsində Çexiya Respublikasının Karlov Universitetini cəlb etməklə Azərbaycanda əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, demoqrafik proqnozların hazırlanması, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi və milli kadr potensialının formalaşdırılması sahəsində birgə fəaliyyətlər həyata keçirəcəklər.

 

Sosial sahədə aparılan islahatları diqqətə çatdıran S.Babayev cari ildə dövlət başçısının uğurlu sosial islahat paketləri nəticəsində minimum əmək haqqının 93 faiz, minimum pensiyanın 72 faiz, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, bu və digər sosial önəm kəsb edən tədbirlərin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətlər sferasına gətirdiyi və bu xidmətlərdə vətəndaş məmnunluğunu təmin edən innovativ yeniliklər, DOST konsepsiyasının mahiyyəti və məqsədləri barədə məlumat verib. Nazir həmçinin əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqini, bu xidmətlərin proaktiv əsasda qurulması istiqamətində atılan ardıcıl addımları diqqətə çatdırıb.

 

Q.Counz öz çıxışında bildirib ki, Azərbaycanın ən iri neft və qaz layihələrinin əməliyyatçısı olan BP şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqdan çox məmnundur. Bu gün imzalanan sənədlər çərçivəsində həyata keçiriləcək birgə layihə ölkənin əhali potensialından ən faydalı və səmərəli şəkildə istifadə olunması üçün böyük imkanlar açır.

 

Q.Counz ölkədə etibarlı demoqrafik proqnozlaşdırma sisteminin və bacarıqlarının inkişafının düzgün planlaşdırmanı təmin etməklə, demoqrafik təhlükəsizliyə və sosial-iqtisadi siyasətin dayanıqlığına öz dəyərli töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

F.Babayev diqqətə çatdırıb ki, hazırda Azərbaycan da daxil olmaqla bütün dünya ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində öhdəlikləri yerinə yetirməyə çalışırlar. Lakin uğurlu davamlı inkişaf demoqrafik proseslərin və müxtəlif sosial-iqtisadi göstəricilərin qarşılıqlı əlaqəsini hərtərəfli və müntəzəm öyrənmək və təhlil etmək məqsədi ilə proqnozlaşdırma sistemi yaratmaq üçün institusional yanaşmanın təmin edilməsini tələb edir. Məhz buna görə, bu gün aidiyyəti qərarları qəbul edərkən əhalinin say və yaş tərkibində baş verə biləcək dəyişiklikləri nəzərə almaq olduqca böyük əhəmiyyət kəsb edir.

 

T.Kuçera layihə çərçivəsində görüləcək işlərdə öz töhfəsini vermək əzmində olduğunu deyib.

 

Daha sonra Tərəflər arasında sənədlər imzalanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki idmançımız dopinqə görə cəzalandırldı 14 Avqust 2020, 01:01 Gürcüstanın Azərbaycana borcu açıqlandı 14 Avqust 2020, 00:53 Xərçənglə mübarizədə yeni üsul tapıldı 14 Avqust 2020, 00:36 Nazir xəsarət alanlara görə məsuliyyəti üzərinə götürdü 14 Avqust 2020, 00:23 Bu gün növbəti qəbul imtahanı KEÇİRİLƏCƏK 14 Avqust 2020, 00:09 TAP layihəsinin 97 faizi tamamlanıb 13 Avqust 2020, 23:57 Şəmkir sakini bıçaqlandı 13 Avqust 2020, 23:42 Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb 13 Avqust 2020, 23:24 "Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"da 13 Avqust 2020, 23:10 Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb 13 Avqust 2020, 22:54 Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu 13 Avqust 2020, 22:41 Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər 13 Avqust 2020, 22:28 “Elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır” - Təhsil naziri 13 Avqust 2020, 22:14 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 13 Avqust 2020, 21:58 "Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib 13 Avqust 2020, 21:43 Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb 13 Avqust 2020, 21:27 Belarusa kömək təklif edildi 13 Avqust 2020, 21:13 “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik” - Hulusi Akar  13 Avqust 2020, 20:58 “100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi 13 Avqust 2020, 20:41 “Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - İlham Əliyev 13 Avqust 2020, 20:26 Məhbuslarla görüş və sovqatların verilməsi bərpa olundu 13 Avqust 2020, 20:19 Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək 13 Avqust 2020, 20:02 İqtisadiyyat Nazirliyi 65 obyektdə qayda pozuntusu aşkarladı 13 Avqust 2020, 19:56 Millimizin baş məşqçisi "Neftçi"nin məşqini izləyib 13 Avqust 2020, 19:47 Qarabağın bəlalı salnaməsinin baş yazarı əbədiyyətə qovuşdu 13 Avqust 2020, 19:38 Universitetlər oktyabrın 1-dən sonra açılacaq - Türkiyədə 13 Avqust 2020, 19:29 Salyan və Ağstafada “Ford” yandı 13 Avqust 2020, 19:20 Peşə təhsil müəssisələrini bitirənlərin sayı AÇIQLANDI 13 Avqust 2020, 19:11 Dövlət Agentliyi daha 76 obyektdə kobud pozuntular AŞKARLADI   13 Avqust 2020, 19:02 Azərbaycan-Türkiyə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - FOTO 13 Avqust 2020, 18:53 Bu gün keçirilən qəbul imtahanının düzgün CAVABLARI 13 Avqust 2020, 18:44 Teledərslər yeni tədris ilində davam etdiriləcək? - RƏSMİ   13 Avqust 2020, 18:35 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE 13 Avqust 2020, 18:26 Ölkəyə gətirilən yeni taksilər istifadəyə verildi - FOTO 13 Avqust 2020, 18:17 Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü 13 Avqust 2020, 18:08