Modern.az

Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi  

Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi  

Aktual

14 Dekabr 2019, 11:07

Ölkənin aparıcı mobil operatoru 23-cü ildönümü ilə əlaqədar hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət edir.

 

1996-cı il 15 dekabr tarixində, Azərbaycanın ilk GSM mobil operatoru - Azercell Telekom ölkənin keçmiş prezidenti Heydər Əliyev tərəfindən edilən ilk mobil zəngi ilə fəaliyyətinə təkan verdi.

 

Modern.az xəbər verir ki, 23-cü ildönümünü öz abunəçiləri ilə birgə qeyd etməyi arzulayan Azercell 15 dekabrda rəsmi İnstaqram səhifəsi vasitəsilə xüsusi müsabiqə-viktorina elan edir. Müsabiqə yerli vaxtla 11.00-da başlayaraq, axşam 22.00-a qədər davam edəcək. Belə ki, hər 30 dəqiqədən bir İnstaqramda Azercell, onun məhsulları və xidmətləri ilə bağlı 23 sual yerləşdiriləcək və bu suallara ilk və düzgün cavab verən iştirakçılar şirkətdən hədiyyələr qazanacaqlar. 23 qeyri-adi super priz və 230 sürpriz hədiyyə öz sahibini gözləyir.

 

İnstagram profilinə sahib olan hər kəs yarışmada iştirak edərək suallara cavab verə və qalib gələ bilər. Daim yenilənən İnstagram səhifəmizi izləyin və 23-cü ildönümümüzdə bizdən müstəsna hədiyyələr qazanmaq şansını qaçırmayın:

//www.instagram.com/azercell/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı