Modern.az

Məşhurların qəribə sonları

Məşhurların qəribə sonları

15 Dekabr 2019, 10:00

Onlar ədəbiyyat tarixinə yalnız əsərləri ilə deyil, həm də qeyri-adi ölümləri ilə düşüblər. Onların arasında intihar edənlər də var, təsadüfü ölümün qurbanları da, xəstəliklə mübarizə apara bilməyənlər də... Amma ölüm səbəbləri nə olursa-olsun, bu yazarlar, şairlər az və ya çox yaşamalarından asılı olmayaraq, öz sözlərini deyə bildilər... Özlərindən sonra zəngin ədəbi irs qoydular...

 

Modern.az məşhur yazıçı və şairlərin qəribə sonlarını təqdim edir.

 

Qədim Yunan dramaturqu Evripidin Makedoniya kralının vəhşi itləri tərəfindən parçalandığı deyilir.

 

Fransız şair Fransis Villon bir rahibi öldürdüyünə görə əvvəlcə tutulur, lakin azadlığa buraxıldıqdan sonra xalq tərəfindən linç edilir.


İngilis dramaturqu Xristov Marlov bir barda ona təqdim olunan hesabla razılaşmadığına görə dava salır və nəticədə bıçaqlanaraq öldürülür.


İngilis şair Tomas Çatterton 17 yaşında arsenik içərək özünü öldürür. Buna səbəb məşhur ola bilmədiyinə görə depressiyaya düşməsi idi. Amma öldükdən sonra sağkən həsrətini çəkdiyi məşhurluğa qovuşur. 


Lord Bayron yüksək qızdırmasını salmağa çalışan həkimlər tərəfindən öldürülür. Onun son sözləri isə “artıq yatmalıyam” olur.


İngiltərəli şair Persi Bişi Şelli 1822-ci ildə İtaliyada dəniz səyahəti zamanı boğulur. Daha sonra onun cəsədi sahildə yandırılır. Yalnız ürəyi yandırılmır. Ürəyi çıxarılaraq həyat yoldaşı Meriyə verilir.


Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O, gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş. Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Və yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 

 

ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi Edqar Allan Po 1849-cu ilin 7 oktyabrında Baltimorda vəfat edib. Həkimlər onun quduzluğa yoluxma səbəbindən öldüyünü iddia edirlər.


Rus yazıçısı Lev Tolstoy soyuq bir qış gecəsində vağzalda donaraq ölür.


Fransız şair Artur Rimbaud sifilis qurbanı idi. Əvvəlcə sağ ayağı kəsildi, sonra iflic keçirdi və nəhayət, yavaş-yavaş komaya girdi.

 

Deyilənə görə, britaniyalı şair Lionel Cohnsonun ölümünə səbəb çox sərxoş olduğu bir gecə barda stuldan yıxılması olub.

 

Cek London yüksək miqdarda narkotik dozadan zəhərləndiyinə görə 40 yaşında vəfat edib.

 

Britaniyalı yazıçı və tənqidçi Vircinya Vulf ciblərini daşla dolduraraq özünü çaya ataraq intihar edib.

 

Alman dilli, yəhudi əsilli yazıçı Frans Kafka vərəm xəstəliyindən vəfat edib və cəsədi yandırılıb.


Sergey  Yesenin əvvəlcə biləklərini kəsir və öz qanıyla ən son şeirini yazır (“Əlvida, dostum!”). Axırda isə Leninqraddakı bir otel otağında özünü asır.


Uilyam Folkner atdan yıxıldıqdan sonra infarkt keçirərək vəfat edir.

 

Alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyq Braziliyada yaşayarkən (1942-ci ildə) həyat yoldaşı ilə birlikdə intihar edir. Buna səbəb kimi onun Avropanın vəziyyətinə kədərlənməsi göstərilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır