Modern.az

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var

Ölkə

15 Dekabr 2019, 19:53

Türkiyədəki "American Hastanesi"ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

 

Modern.az xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev atasının səhhətilə bağlı son məlumatı paylaşarkən deyib.

 

T.Gülalıyev bütün məlumatların onun və qardaşı tərəfindən təsdiq edildikdən sonra ictimailəşdirilməsini xahiş edib:

 

"Bir daha xahiş edirəm, atam Oktay Gülalıyev ilə bağlı məlumatları mən və ya qardaşım Əli Gülalıyev təsdiq etməmiş yaymayın. Təəssüf ki, hələ gözlərini açmayıb. Düzdür, getdikcə səhhətində yaxşılığa doğru hallar baş verir amma hələ ki, ayılmayıb. Tezliklə şad xəbəri vermək ümidi ilə..".

 

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

 

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.


Bir gün sonra Türkiyəyə aparılıb.

 

Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır