Modern.az

Bakıda təcili yardım maşını qəzaya düşdü

Bakıda təcili yardım maşını qəzaya düşdü

15 Dekabr 2019, 20:18

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır