Modern.az

Qusarda kütləvi ZƏHƏRLƏNMƏ

Qusarda kütləvi ZƏHƏRLƏNMƏ

Aktual

16 Dekabr 2019, 10:36

Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib.

 

Modern.az APA-ya istinadən məlumat görə, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb. 

 

2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu