Arxiv
16 Dekabr 2019, 11:55 | AKTUAL
Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO

Azərbaycan-Gürcüstan sərhəddində hər iki ölkənin enerjisistemləri üçün əhəmiyyətli layihə gerçəkləşdirilib. 

 

Modern.az-a bu barədə "Azərenerji" ASC-yə istinadən xəbər verir. 

 

Məlumata görə, ötən il dekabrın 18-də “Gürcüstan Dövlət Elektrosistem” və “Azərenerji” rəhbərləri tərəfindən imzalanmış memoranduma uyğun olaraq, bu ilin 12-13 dekabr tarixlərində hər iki ölkənin enerjisistemləri optik kabellə əlaqələndirilib.

 

Səlahiyyətli nümayəndə olaraq “Azərenerji”dən Əhməd Muradlı, “Gürcüstan Dövlət Elektrosistem”dən Georgi Amuzaşvili və “SakRusenergo”dan Vaxtanq Kikvadze optik kabelin qoşulması prosesinə nəzarət ediblər. Optik kabellə əlaqələndirilmə hər iki dövlətin enerjisitemləri arasında məlumat mübadiləsinin yüksəldilməsinə xidmət edəcək, SCADA məlumatlarının, rele mühafizəsi və əks qəza təsirlərinin ötürülməsində əvəzsiz rol oynayacaq. Eyni zamanda elektrik enerjisinin idxal-ixrac prosesini real vaxt rejimində izləməyə texniki imkan yaradacaq. Optik kabel Azərbaycanın 500 kilovoltluq “Samux” yarımstansiyası ilə Gürcüstanın 500 kilovoltluq “Qardabani” yarımstansiyasını və ordan da bütün sistemi əlaqələndirəcək. Onu da qeyd edək ki, hazırda Gürcüstan Respublikası ilə elektrik enerjisi mübadiləsində etibarlığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 155-i quraşdırılıb və işlərin böyük hissəsi görülüb.

 

Sonda onu da qeyd edək ki, Gürcüstan Respublikası Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkədir. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov 12 Avqust 2020, 13:07 Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53