Arxiv
16 Dekabr 2019, 12:34 | AKTUAL
“Kəlbəcər” adlı tanker istifadəyə veriləcək

“Gələn ilin mayında “Azərbaycan” adlı “Ro-Pax” tipli gəmi-bərə istifadəyə veriləcək”.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib. O qeyd edib ki, “Azərbaycan” gəmi-bərəsinin istifadəsi vaqon, yük, və 100 nəfərə qədər sərnişinin daşınmasına imkan verəcək:

 

"Suya daxil edilən "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin gövdə hissəsinin inşası tamamilə bitib. Geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Ona görə, gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.



Onu da qeyd edək ki, unikallığı ilə seçilən "Ro-Pax" tipli gəmi-bərənin uzunluğu 154,50, eni isə 17,7 metrdir. Bu gəmi-bərənin sürəti 14 uzelə bərabərdir”.



M. Mehdiyevin sözlərinə görə, “Azərbaycan” gəmi-bərəsi həm də 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir:

 

“Heyət sayı 30 nəfərdən ibarət olacaq gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha bir ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək".

 

ASCO sözcüsü onu da bildirib ki, zavodda növbəti tankerin tamamlanma işləri aparılır:

 

 ““Kəlbəcər” adlı tankerin də gələn il istifadəyə verilməsi gözlənilir. Bu tankerin texniki xüsusiyyətləri maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etmək imkanı verir. Hazırda Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmisi var. Onlardan 12-si quru yük gəmisi, ikisi isə tankerdir”.

 

Qeyd edək ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti ilə görüşüb 20 Yanvar 2020, 23:35 Abşeron qadını keçmiş əri bıçaqlayıb 20 Yanvar 2020, 23:22 Ərdoğan Haftarla danışıqlardan imtina etdi - SƏBƏB   20 Yanvar 2020, 23:06 Hökumət tam tərkibdə istefaya getdi 20 Yanvar 2020, 22:47 İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi 20 Yanvar 2020, 22:36 Serbiyada Qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTO 20 Yanvar 2020, 22:20 Siyəzəndə zəlzələ oldu 20 Yanvar 2020, 22:19 Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar 20 Yanvar 2020, 22:09 Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər 20 Yanvar 2020, 21:53 Abşeronda mənzildən kişi meyiti tapıldı 20 Yanvar 2020, 21:37 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32
SORĞU Yeni parlamentdə kimlər olsun?